Azərbaycandan İrandan quş əti gətirilməsinə qadağa: "quş qripi" təhlükəsi

Azərbaycandan İrandan quş əti gətirilməsinə qadağa: "quş qripi" təhlükəsi
11:19 24 Noyabr 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən (BEB) noyabrın 22-də  İran İslam Respublikasının Tehran bölgəsində iki damazlıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) xəstəliyinin yayılması barədə məlumat daxil olub.

 

Kənd Təsərrüfatı Nazirliyindən ( KTN) Lent.az-a verilən məlumata görə, bununla əlaqədar Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün İran İslam Respublikasından diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması məqsədi ilə əmr imzalanıb.

 

Belə ki, İran İslam Respublikasında ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5N8) xəstəliyi ilə bağlı Azərbaycanın bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitarıya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarət Xidmətinin müvafiq bölmələrinə tapşırıq verilib.

 

Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə İran İslam Respublikasının Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.

 

DBNX əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR