“Türkiyə vətəndaşları artıq Avropa İttifaqına güvənmir” - MÜSAHİBƏ

“Türkiyə vətəndaşları artıq Avropa İttifaqına güvənmir” - MÜSAHİBƏ
11:24 24 Noyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

 

Türkiyənin sabiq Avropa İttifaqınaziri, keçmiş dövlət naziri Egemen Bağışın APA-ya müsahibəsi

 

 

- Müəyyən müddətdən bəri Türkiyə-Aİ münasibətlərində ciddi sıxıntılar yaşanır. Bunun əsas  səbəbi nədir?

 

- Avropa İttifaqının proseslərə baxış problemi var, öz problemlərinə diaqnoz qoymaqda çətinlik çəkdiyi kimi, problemləri həll etməməkdə də israrlı davranır. Əgər bu gün Aİ Türkiyəni realist yanaşma ilə dəyərləndirsə, ehtiyac hiss etdiyi gənc əhalinin və enerji mənbələrinin Türkiyədə olduğunu görər. Dünyadakı müzakirə mövzularına diqqətlə baxsa, məsələlərin həllində ən böyük aktyorlardan birinin Türkiyə olduğunu görər və problemlərin həllində Türkiyə ilə birlikdə hərəkət etməyin vacibliyini anlayar. Bunları görmək yerinə, sanki başına quma soxmuş quş kimi hərəkət edir. İslamofobiya xəstəliyinə düçar olmuş Avropa bizi inamlarımıza və mənəvi dəyərlərimizə görə bizi özündən uzaqda saxlamağa çalışır. Halbuki Avropanın mübarizə etdiyi problemlərin həllində Türkiyə kimi demokratiya mədəniyyəti ilə islam mədəniyyətini uzun illərdən bəri  birlikdə yaşada bilən bir model çox önəmlidir. Avropanın bu kənarlaşdırıcı mövqeyi Türkiyə ictimaiyyəti tərəfindən qəbul edilmir. Bizdə bir söz var, çox naz etmək aşiqi usandırır. Bir halda ki, Avropa İttifaqı bu qədər dar baxışlıdır, bizim Məclisimiz bombalananda səsini o qədər gec çıxardı, bizim cəmiyyətimiz də buna qarşı öz etirazını nümayiş etdirir. Türkiyə bir əmirlik deyil, dünyəvi, sosial hüquq dövlətidir. Burada cəmiyyətin gözləntiləri qərar mexanizmlərinə çox təsir göstərir. Türkiyə ictimaiyyəti bir vaxtlar Aİ-yə 70% dəstək verdiyi halda, o dəstək bu gün 30%-dən aşağı düşübsə, buradakı mesajları çox yaxşı oxumaq lazımdır. Avropa 1950-ci illərdən bəri Türkiyənin başını qatır, gözlədir, halbuki Türkiyəyə özünün çox önəmli bir müttəfiqi kimi baxmalıdır. Bizim məhsullarımız orada sərbəst dolaşarkən vətəndaşlarımızın viza növbələrində gözlədilməsi və buna bəhanə kimi “Terrorla mübarizə qanunu”nun göstərilməsi heç bir məntiqə sığımır. Ən azı ona görə ki, Birləşmiş Ərəb Əmirlikləri kimi terrorla mübarizə qanunu  bizimkindən çox sərt olan bir ölkənin vətəndaşlarını vizadan azad etməsi ikili standartdır. Türkiyə Cümhuriyyətinin vətəndaşları artıq Aİ-yə keçmişdə olduğu qədər güvənmirlər. Bunun səbəbi Aİ-nin bizə qarşı mövqeyidir. Həm terrorla mübarizədə bizi tək qoydular, həm vətəndaşlarımıza sərbəst dolaşma haqqı vermədilər, həm də 3 milyon qaçqına biz qapımızı açarkən onlara qarşı qeyri-humanist mövqedə durdular.

 

- Aİ-nin “ikiüzlülüyünü” vurğulayırsınız...

 

- İkidən çox olar. Bizim buna “çoxüzlülük” deməyimiz daha məntiqli olardı.

 

- Avropa Parlamentinin sədri Martin Şultsun sanksiya xəbərdarlığına prezident Ərdoğan sərt reaksiya verdi.

 

- Hal-hazırda irəlini görməmək virusu Avropanı sarıb. Hamı daxili dinamikaya, daxili siyasətə hesablanmış mesajlar verməyə çalışır. Hörmətli Şultsun hədəfi Almaniyanın seçiciləridir, Türkiyə üzərindən öz seçicilərinə salam göndərməyə çalışır. Yəni, AP sədri olmasını bir tərəfə qoyub, alman siyasətçisi kimi davranır, Türkiyəyə qarşı duyğuları istismar edərək oradan özünə pay çıxarmağa çalışır ki, bu da ona yaraşmır. Çünki biz Martin Şultsu bir dövlət adamı kimi görmək istərdik. Ancaq təəssüf ki, bizim gözləntilərimizə cavab vermədi. Yəni, Martin Şultsun Bilgi Universitetindən fəxri doktor adı alarkən etdiyi çıxışa baxın, bir də keçən həftəki çıxışına baxın: iki fərqli Martin Şults görəcəksiniz.

 

- Bu durumda beynəlxalq təşkilatların nə önəmi qalır ki? Onlar da zəifləmirlərmi?

 

- Bəzi dövlətlər beynəlxalq təşkilatlardan özlərinin əlaltıları kimi istifadə etməyə çalışırlar. Bu məqsədlə öz aktyorlarını o təşkilatlarda müəyyən mövqelərə gətirirlər. Bu da Türkiyə kimi, Azərbaycan kimi ölkələrin o təşkilatlara olan hörmətini itirmələrinə səbəb olur.

 

- Nazir olmazdan əvvəl TBMM NATO qrupunun üzvü idiniz...

 

- Transatlantik komitənin başqanıydım.

 

- NATO Parlament Assambleyasının İstanbuldakı 62-ci sessiyasında prezident Ərdoğan demokratiyanın önəmini vurğuladı. NATO-nun 2004-cü ildə İstanbulda keçirilən zirvə toplantısından üzü bəri keçən dönəmi necə dəyərləndirirsiniz?

 

- Türkiyə NATO-nun ən önəmli ölkələrindən biridir. 15 iyul hərbi çevriliş gecəsində NATO-dan gözlədiyimiz sürətdə və tərzdə dəstək reaksiyasını görməsək də, NATO PA-nın 62-ci sessiyasının İstanbulda keçirilməsi çevrilişçilərə və onların arxasındakı şərəfsiz ağılın üstünə yumruq kimi enmişdir. Ancaq buna baxmayaraq, sanki bu ölkədə çevrilişə təşəbbüs olmayıbmış kimi, Türkiyənin demokratiya standartlarını sorğu-suala çəkmə təşəbbüsləri var. Sanki Dağlıq Qarabağda 1 milyon insan evsiz-eşiksiz qalmayıb, Azərbaycan torpaqlarının 20%-i işğal edilməyib, hər yerdə Ermənistanı qorumağa cəhd var. Bunları görəndə beynəlxalq təşkilatların ağıldan uzaqlaşdıqlarını və çoxüzlü siyasət yürütməyə başladıqlarını heyrətlə qarşılamamaq olmur. Bu da bizim o qurumlara olan hörmətimizi, təəssüf ki, azaldır. Ona görə, gələcəkdə Aİ-nin də, NATO-nun da, BMT-nin də daha səmimi, daha realist və tənqidi qeydlərinə daha hörmətlə yanaşılacaq kimi mövqe nümayiş etdirmələri lazımdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ermənistan Kürü zəhərləyir

25 İyul 2017 12:52

Azərbaycanda turistlərin valyuta dəyişməsində problemlər var?

25 İyul 2017 12:52

Xanımı dünya şöhrətli aktyorla nikahını qorumağın yollarından danışdı - FOTO

25 İyul 2017 12:48

Fransanda güclü yanğın başladı

25 İyul 2017 12:47

Arda Turana yeni təklif: 4,5 milyon maaş və kapitanlıq

25 İyul 2017 12:47

Azərbaycanda 19 məktəbli qız abort etdirib - Dəhşətli statistika AÇIQLANDI

25 İyul 2017 12:47

Bakıda satılan bu dondurmaları yeməyin

25 İyul 2017 12:46

Bu dondurmalarda ciddi nöqsanlar var - SİYAHI

25 İyul 2017 12:44

Sabah HAVASI: şimşək, yağış...

25 İyul 2017 12:43

İl yarım işlədi, qazandığı pulla 50 ölkəyə SƏYAHƏT ETDİ

25 İyul 2017 12:43

Bu yerlərin adına çimərlik demək günahdır...

25 İyul 2017 12:42

Dollar biraz da UCUZLAŞDI - MƏZƏNNƏ

25 İyul 2017 12:42

Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların ADLARI

25 İyul 2017 12:42

Bakıda daha bir neçə dondurmada bağırsaq çöpləri tapılıb

25 İyul 2017 12:42

Sabaha olan hava proqnozu

25 İyul 2017 12:40

Valyuta hərracı keçirilib - MƏZƏNNƏ

25 İyul 2017 12:39

Bu görüntü “günün fotosu” seçildi

25 İyul 2017 12:38

Səfir Campaolo Kutilyo İtaliya XİN-dəki illik ambassadorialda iştirak edir

25 İyul 2017 12:37

OPEC+ ölkələrinin Monitorinq Komitəsi ilk 6 ayın yekunlarını açıqlayıb

25 İyul 2017 12:37

Azərbaycan yığmasının oyunu nümunə oldu

25 İyul 2017 12:37

"Kurtlar Vadisi Vatan"nın ilk görüntüləri...

25 İyul 2017 12:37

Günəş enerjisi ilə işləyən elektromobil 800 km məsafə qət edəcək

25 İyul 2017 12:35

Suriya məsələsində Rusiyaya uduzan ABŞ Ukraynaya qoşun yeritdi

25 İyul 2017 12:33

İçi sərnişinlə dolu təyyarə yandı

25 İyul 2017 12:32

Sıla səhnədə gözləmədiyi vəziyyətə düşdü - FOTO

25 İyul 2017 12:32

Nisə Qasımova "Ana" mahnısı oxudu

25 İyul 2017 12:30

Ayan sinəsini açdı - FOTOLENT

25 İyul 2017 12:29

Sabahın HAVAsı

25 İyul 2017 12:27

Şəhriyar, vay bizim halımıza...

25 İyul 2017 12:27

Azərbaycanda 25 dövlət əmlakı özəlləşdirilib

25 İyul 2017 12:27

BAKI: Körpənin ölümü ilə bağlı cinayət işi

25 İyul 2017 12:25

Sabahın HAVA PROQNOZU: şimşək, yağış

25 İyul 2017 12:24

Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında bütün sirləri açdı

25 İyul 2017 12:22

Prokuror 12 min manatlıq dələduzluq edən şəxslərə iş istəyib

25 İyul 2017 12:22

"Şansımız az deyil" - Filip Ozobiç

25 İyul 2017 12:22

Eks prezidentin mətbuat katibinin məhkəməsi davam edir

25 İyul 2017 12:19

Kolleclərə qəbul olmaq istəyənlər, DİQQƏT!

25 İyul 2017 12:19

Xalq artisti Ququşla bağlı daha bir faktı üzə çıxardı

25 İyul 2017 12:18

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 12% artıb

25 İyul 2017 12:17

Terrorçular kəndə hücum etdi

25 İyul 2017 12:14

150 bal toplayanlar bu ali məktəbə QƏBUL OLA BİLƏR - SİYAHI

25 İyul 2017 12:13

Məşhur erməni bacılar çılpaq fotolarını yaydılar - FOTO

25 İyul 2017 12:12

Kampaniya aparanlara alət olmayaq

25 İyul 2017 12:12

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

25 İyul 2017 12:12

Qazaxıstanın 6 tələbəsi Misirdə itkin düşüb

25 İyul 2017 12:12

Bakıda bu marşrutun son dayanacağı dəyişdirildi

25 İyul 2017 12:09

İradə İbrahimova və ailəsi

25 İyul 2017 12:09

Bu avtobusun hərəkət istiqaməti dəyişdi - VİDEO

25 İyul 2017 12:08

ABŞ və Rusiyadan kürdlərə dəstək gəldi: “Onlar olmazsa, olmaz”

25 İyul 2017 12:08

Baş Prokurorluq valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha məsuliyyətli olmalarını tövsiyə edib

25 İyul 2017 12:07