Bəhmən Həsənov istefa verib

Bəhmən Həsənov istefa verib
11:27 24 Noyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+


AFFA İntizam Komitəsinin qərarına əsasən, 7 futbolçusu danışılmış oyunlarda şübhəli bilinən “Rəvan” klubunun baş məşqçisi istefa verib. Fanat.Az xəbər verir ki, paytaxt təmsilçinə başçılıq edən Bəhmən Həsənov istefa ərizəsini rəhbərliyə təqdim edib.


Həsənov bu barədə futbolinfo.az saytına müsahibəsində məlumat verib:  “İstefa haqda ərizəni ayyarımdı yazmışam. Komandanın oyunlarına seyrci kimi yollanıram. Bu araşdırmalar isə 15-20 gündü başlanıb. Yəni, istefamla araşdırmalar arasında heç bir əlaqə yoxdu. Sadəcə, məşqçilik dönəmimdə ilk dəfədi ki, futbolçulara məşqlərdə verdiyimi oyunlarda ala bilmirəm. Ya mən düzgün başa salmıram, ya futbolçular dediklərimi qavramırlar. Bu səbəbdən də ərizə yazdım. Ancaq klub prezidenti Samir Məliksoy ölkədə olmadığı üçün ərizəmə hələ baxılmayıb. Bütün hallarda, qış fasiləsinədək komandanın başsız qoymaq düzgün olmaz. Eyni zamanda, araşdırmaların da sonunu gözləmək istəyirəm ki, bütün həqiqətlər üzə çıxsın”. 


Qeyd edək ki, Həsənov 2015-ci ilin oktyabr ayından “Rəvan”a rəhbərlik edir. Hazırda I divizionda mübarizə aparan paytaxt klubu 6 xalla 13-cü pillədə qərarlaşıb.



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bhmn-hsnov-istefa-verib-t54407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR