Bakıda nitqi qüsurlu qadın döyülüb

Bakıda nitqi qüsurlu qadın döyülüb
11:27 24 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda nitqi qüsurlu qadın döyülüb.
"Report"un xəbərinə görə, hadisə Yeni Günəşli qəsəbəsi V massivi bina 21-də qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Bədəlova Bəsti Allahverdi qızı qonşular tərəfindən binanın blokunda tapılıb. Məlum olub ki, B.Bədəlova döyülüb, onun üz və bədən nahiyəsinə xəsarətlər yetirilib, saçının bir hissəsi isə cibinə yığılıb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, B.Bədəlova mənzildə tək yaşayır. Hadisə vaxtı isə mənzilin qapısı açıq olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-nitqi-qusurlu-qadin-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR