Aygün Kazımova dünya ulduzları ilə eyni səhnədə

Aygün Kazımova dünya ulduzları ilə eyni səhnədə
11:31 24 Noyabr 2016
220 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, dünyaca məşhur müğənnilər İnna və Otilia 31 dekabr Yeni il gecəsi Bakının qonağı olacaqlar.

Axşam.az-ın məlumatına görə, sənətçilər “JW Marriott Absheron” otelində konsert proqramı ilə çıxış edəcəklər.

İnna və Otilia ilə yanaşı gecədə xalq artisti Aygün Kazımova da səhnəyə çıxacaq.

Gecənin təşkilatçısı “Vəlizadə” prodakşının rəhbəri Tural Vəlizadə bildirib ki, qonaqları maraqlı sürprizlər gözləyir:

“Biletlərimiz artıq satışdadır. Gecənin qonaqları arasında yerli sakinlərlə yanaşı, əcnəbi turistlər də var. Bilet almağa turistlər daha çox maraq göstəriblər. Dəbdəbəli Yeni il gecəsinə hazırlıqlar başlayıb. Biletlərimizi şəhərin kassalarından əldə etmək mükündür”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR