Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda "quş qripi" varmı? – Monitorinqin nəticəsi açıqlandı

Azərbaycanda "quş qripi" varmı? – Monitorinqin nəticəsi açıqlandı

Date: 24 November 2016 11:34

 

Azərbaycan ərazisində 24-28 oktyabr tarixlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti  tərəfindən respublika ərazisində “quş qripi”nə qarşı aparılan monitorinqin nəticələri açıqlanıb. 

 

Respublika Baytarlıq Laboratoriyasının direktoru  Füzuli  Quliyev Lent.az-a açıqlamasında bildirib ki, ölkə ərazisində köçəri və ev quşları arasında aparılan monitorinq zamanı Respublika Baytarlıq Laboratoriyasına 1987 nümunə qan və 62 patoloji material kimi cəsəd nümunəsi daxil olub.

Bütün müayinələrin  nəticəsi mənfi olub. Ölkədə “quş qripi” xəstəliyi aşkarlanmayıb. 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.


Tags:  Azərbaycanda quş qripi varmı Monitorinqin nəticəsi açıqlandı


RƏYLƏR


Top news