Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Doğuşa saatları qalan hamilə sevgilisini zorladı

Doğuşa saatları qalan hamilə sevgilisini zorladı

Date: 24 November 2016 11:37

İngiltərədə doğumuna bir neçə saat qalan qadına təcavüz edən oğlan məhkəməyə çıxarılıb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, 7 ildir birlikdə olduğu qadını doğumdan bir neçə saat əvvəl zorlayan kişi məhkəmədə haqqında səsləndirilən iddiaları rədd edib. Məhkəmə növbəti tarixə ertələnib.

İngiltərədə gecə vaxtı sevgilisi ilə birlikdə yatan qadının doğum sancıları tutub. Qadın ağrı hiss edərkən kişi yuxuya gedib. Kişi səhər ayılanda özünü qəribə hiss edib. O, hamilə sevgilisi ilə cinsi əlaqədə olmaq istəyib. Qadın isə etiraz edib. O, xanımının etirazına, hamilə olmasına və ağrılarına baxmayaraq onu zorlayıb. Qadın çarəsiz qalıb. O, bir neçə saat sonra xəstəxanaya gedib, uşağı doğub. Qadın özünü yaxşı hiss edən kimi sevgilisini məhkəməyə verib. 

Kişi məhkəmədə deyilənləri qəbul etməyib. O bildirib ki, qadının öz istəyi ilə onunla intim münasibətdə olub. 

Milli.Az


Tags:  Doğuşa saatları qalan hamilə sevgilisini zorladı

RƏYLƏR


Top news