Bundan sonra ölülər belə dəfn olunacaq – FOTO/VİDEO

Bundan sonra ölülər belə dəfn olunacaq – FOTO/VİDEO
11:38 24 Noyabr 2016
227 Digər
Ölkə mətbuatı
A- A+

Bu günlərdə Böyük Britaniya məhkəməsi 14 yaşlı qızın xərçəng xəstəliyindən ölmüş bədənini dondurmağa icazə verdi. Bu hadisə ölülərin dəfn edilməsinin müxtəlif üsullarını növbəti dəfə gündəmə gətirdi.

Publika.az xarici mediaya istinadən ölənlərin dəfn edilməsinin qəribə üsullarının “top-5”liyini təqdim edir.

Güclü şaxta

Britaniyalı yeniyetmə qız avqust ayında xərçəng xəstəliyinin son mərhələdə olduğunu öyrənir. Bədəninin dondurulma üsulu ilə qorunub saxlanması haqqında məhkəməyə müraciət edir. Məktubunda yaşamaq arzusunu, gələcəkdə xəstəliyinin müalicəsi tapılanda oyandırılmağı və şansını yoxlamaq istədiyini yazır. Oktyabr ayında ABŞ-da vəfat edir və Miçiqan ştatı Cryonics İnstitutunda dondurularaq mühafizə altında saxlanılır. Keçən həftə məhkəmə qızın tələbini qəbul edir, ancaq o, bu arzusunu gerçəkləşdiyini görə bilmir.

Qızın cəsədi maye azotla doldurulmuş kriostata yerləşdirdirilir və mənfi 196 dərəcəyə qədər soyudulur. Bu tempuratur insan bədənini çürüməyə qoymur. Bu texnologiya krionika adlanır. Dondurularaq dəfn olunmasını istəyənlər alimlərin nə vaxtsa ölənləri həyata qaytarmaq üsulunu tapacağana ümid edirlər.

Amma bu dəfn üsulu olduqca bahadır. “Cryonics Institute” (ABŞ) britaniyalı qızın bədənini 35 min dollara dondurdu. Bu qəribə bazarın lideri hesab edilən “Alcor” şirkəti kriostatda yer üçün təxminən 200 min dollar alır.

“Kriopasient” sözü sağalma imkanı deməkdir, amma bunun real olub-olmadığı böyük sualdır. Müasir krionika o qədər də elmə əsaslanmır. Şaxtanın işlədiyinə dair heç bir zəmanət yoxdur. Bundan başqa, həmişə təhlükə var ki, sınaq “işıqlı gələcək”dən daha sürətlə bitəcək. Şirkətlərin ilk sınaqlarından birində - 1979-cu ildə pul qurtarır və bütün dondurulmuşlar əridilərək dəfn olunur.

Göbələk-adamyeyənlər

63 yaşlı amerikalı Dennis Uayt öz gələcəyini dəqiq bilir. Sağalmaz xəstəliyi çox tezliklə onun beyinini vurmağa başlayacaq, danışıq qabiliyyətinin itirəcək və öləcək. Ölümdən sonra ona xüsusi göbələk sporlarla doldurulan balaxon (geniş uzun xələt) geyindirəcəklər. Uaytın bədəni yerin altında olanda göbələk sporları cücərəcək və onu yeyəcək.

Göbələk balaxonları Stenford Universitetinin əməkdaşları Cey Rim Li və Mayk Manın ixtirasıdır. Bu ixtira ölənlərin dəfninə daha ekoloji yanaşmadır. Onların fikrincə, göbələklər zəhərli maddələri neytrallaşdırır və cəsədlərin konservasiyası üçün tətbiq edilən ağır metallarla torpaq zəhərlənmir.

Dennis Uayt “Coeio” şirkətinin birinci müştərisi olacaq.

Qələvi vannası

1990-cı illərin əvvəllərində Böyük Britaniyada inək quduzluğu geniş yayılmışdı. Təxminən 180 min inək məhv oldu, hakimiyyət daha 4,4 milyon inəyi ehtiyat tədbiri kimi vurmağa qərar verdi. Sendi Salliven adlı şotlandiyalı məhv edilmiş heyvanları isti qələvidə həll etməyi təklif etdi.

İnək quduzluğu təhlükəsi keçəndən sonra Salliven eyni üsulla insanların dəfnini həyata keçirməyə hazırlaşdı. Onun əsasını qoyan “Resomation” şirkəti cəsədlərin həll edilməsi üçün maşınlar buraxır. Bədən xüsusi 160 dərəcəyə qədər qızdırılmış su və kalsium hidroksidin dövr etdiyi rezervuara yerləşdirilir. Üç saat sonra insandan yalnız nazilmiş sümüklər və qəhvəyi şirə qalır.

Ölü heykəllər

Ölənlərin dəfn edilməsinin daha bir üsulu ölü heykəllərdir. İnsan bədəninin sərginin eksponatına çevrilməsi uzun və çox zəhmətli prosesdir. Prosedurlar seriyasının köməyi ilə əvvəlcə qəfəslərdə suyu asetonla əvəz edirlər, sonra isə ultrabənövşəyi işıq və ya istiliyin təsiri altında maye polimerlə bərkiyir. Bundan sonra mərhuma lazımlı pozanı vermək və polimeri bərkimək qalır.

Alman anatomu Hünter Hagens 1995-ci ildən illüstrasiyanı xatırladan bədənlərlə qastrola çıxır. O, iddia edir ki, beləliklə insanları yeni üsulda ölümə baxmağı öyrədir. “Bu sərgi insanlara yaxşı əhval-ruhiyyədə ölümlə görüşməyə icazə verir”, - o deyir.

Ağac olmaq

İsveç bioloqu Süzanna Viq-Masak 20 il ərzində “promessiya” adlı dəfn metodunu hazırlayırdı. Bu metod üçün xüsusi maşın promator tələb olunur. Maşında ölünün bədəni maye azotun köməyi ilə mənfi 196 dərəcəyə qədər soyudulur. Sonra vibrasiya işə düşür və bədən çox xırda dənəçiklərə xırdalanır. Əmələ gəlmiş toz qarğıdalı nişastasından hazırlanmış konteynerə qoyulur və 30-50 santimetr dərinlikdə basdırırlar. Bir neçə ay ərzində konteyner və onun içindəki qalıqlar tamamilə çürüyür.

Viq-Masak hesab edir ki, promessiya dəfnin adi metodları ilə müqayisədə daha zərərsizdir: insan təbiətlə tamamilə birləşir, qəbirdə yalnız endirilmiş ağac qalır.

İdeya mətbuat və İsveçin hakimiyyətinin marağına səbəb olub. Bioloq tərəfindən yaradılan “Promessa Organic” şirkəti öz texnologiyasını hələ ki yalnız donuzların üzərində yoxlayıb. Sınaqlar müvəffəqiyyətlə keçib.

Ömər

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Albaniyanın yeni prezidenti bəlli oldu

29 Aprel 2017 05:48

Albaniya yeni prezidentini seçib

29 Aprel 2017 05:47

Tramp ikinci müddətə prezident seçiləcəyinə əmindir

29 Aprel 2017 05:34

Üç model bir arada - FOTO

29 Aprel 2017 05:32

Məşhur futbolçunun şərəfinə qızıl ayaqqabılar buraxıldı - FOTO

29 Aprel 2017 05:08

Braziliyada etirazçılar prezidentinin evini daşa basdıılar

29 Aprel 2017 04:39

"Şalke" 12 dəqiqəyə 3 qol vuraraq "Bayer"i darmadağın edib

29 Aprel 2017 04:37

Qvadalaharada lüks ev - FOTO

29 Aprel 2017 04:32

Şimali Koreyanın keçirdiyi növbəti raket sınağı uğursuz oldu

29 Aprel 2017 04:28

Qısqanc qadın ona xəyanət edən ərini kişilikdən məhrum etdi - FOTO

29 Aprel 2017 04:05

Monteneqro parlamenti NATO-ya üzvlüyə dair sazişi təsdiq edib

29 Aprel 2017 03:57

Bağdadda partlayış baş verib:

29 Aprel 2017 03:47

Qara şiferli ailə evi - FOTO

29 Aprel 2017 03:32

Liviya sahillərində uzun sürən atışmadan sonra Ukrayna gəmisi ələ keçirilib

29 Aprel 2017 03:27

İmişlidə toydan evə qayıdan piyadanı avtomobil vurdu

29 Aprel 2017 03:23

FIFA prezidentinə qarşı araşdırma başladı

29 Aprel 2017 03:14

Cəmilənin göbəyiaçıq libası: "Əsəbiləşib belə geyindim" - FOTO

29 Aprel 2017 03:05

İranda Messinin oxşarı - FOTOLAR

29 Aprel 2017 02:44

PPX avtomobili qəzaya uğradı - 1 nəfər yaralandı

29 Aprel 2017 02:38

"Calzedonia"nın yeni kolleksiyası - FOTO

29 Aprel 2017 02:32

"Liverpul" müqavilə yenilədi -

29 Aprel 2017 02:25

Bakıda PPX-ya məxsus avtomobil qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29 Aprel 2017 02:07

Bella qəribə libasda alt paltarını göstərdi - FOTO

29 Aprel 2017 02:05

"Quartz": Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

29 Aprel 2017 01:58

Şimali Koreya ballistik raketini sınaqdan keçirib

29 Aprel 2017 01:57

Avtobus sürməyə icazəsi yoxdur -

29 Aprel 2017 01:53

Avstriya prezidenti ölkə qadınlarını islamofobiya ilə mübarizə naminə başlarını bağlamağa çağırıb

29 Aprel 2017 01:42

Ledi Qaqa yeni reklamda - FOTO

29 Aprel 2017 01:32

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:30

Əməkdar artist xəstəxanaya yerləşdirildi

29 Aprel 2017 01:19

Bakıda məhbus özünü asdı

29 Aprel 2017 01:14

Filippində güclü zəlzələ baş verib

29 Aprel 2017 01:13

Bağdadın mərkəzində partlayış - 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:09

Bağdadda güclü partlayış: 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:08

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:07

Filippində 7,2 bal gücündə zəlzələ

29 Aprel 2017 01:04

Obama Nyu-Yorkda çıxışına görə daha 400 min dollar qazanıb

29 Aprel 2017 00:52

Xəzərdə zəlzələ oldu

29 Aprel 2017 00:49

"Azərsun" Bakı 2017-nin rəsmi dəstəkçisi oldu -

29 Aprel 2017 00:49

Çimərlikdə hər kəs bu rus gözələ baxdı - FOTO

29 Aprel 2017 00:47

Bu yay alt paltarları altda qalmayacaq - FOTOLAR

29 Aprel 2017 00:38

Bağdadda güclü partlayış baş verib

29 Aprel 2017 00:32

Goranboyda kafedə dava düşdü - yaralanan var

29 Aprel 2017 00:29

"Türkiyə ilə danışıqlar dayanmayıb" -

29 Aprel 2017 00:28

Dünyanın ən maraqlı və həyəcanlı dəmir yolları - VİDEO

29 Aprel 2017 00:23

Astroloji proqnoz - 29 aprel

29 Aprel 2017 00:08

"Qalatasaray" Brumanı saxlaya bilmir

29 Aprel 2017 00:05

Günün qoroskopu: işlərinizdə uğur vəd edən gündür

29 Aprel 2017 00:05

Raytorala görə 27 nömrəli formadan imtina etdi - FOTO

28 Aprel 2017 23:57

Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib

28 Aprel 2017 23:57