Bakıda yanan gözətçi xəstəxanada öldü

Bakıda yanan gözətçi xəstəxanada öldü
11:44 24 Noyabr 2016
97 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir ölümlə nəticələnən yanğın baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 22-də saat 23 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtodayanacaqlardan birinin gözətçi köşkündə yanğın baş verib. Nəticədə köşkün yanar konstruksiyaları yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş gözətçi, Lənkəran rayon sakini Tərlan Zeynalov noyabrın 23-də orada ölüb.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR