Mal da yalan, mülk də yalanmış, qardaş... - VİDEO - FOTO

Mal da yalan, mülk də yalanmış, qardaş... - VİDEO - FOTO
11:47 24 Noyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Mal sahibi, mülk sahibi,

Hanı bunun ilk sahibi?!

Mal da yalan, mülk də yalan,

Var bir az da sən oyalan...

İspaniyalı gənc hiperrealist rəssamın işi bu il yüz əlli min dollara satıldı: kətan üzərində  köndələn qara xətt çəkilib, şaquli yaşıl xətt. Fonda burulğan effekti; qarışıq ağ-sarı xətlər.

Hərracdan sonra əsər haqqında elmi və bədii janrda xeyli publisistik məqalə yazıldı.

Müəlliflər qara xəttə şaquli endirilimiş yaşıl xətti həyat, qara xətti son kimi qələmə verdilər; biri yazmışdı ki, sondakı burulğan effekti dünyanın sonuna işarədir, xətlər isə - ömür yolu, kədər, sevinc, ağlaşma.

Tozanaq yatandan sonra rəssam müsahibə verib dedi ki, evdə oturmuşdum, bekarçılıq idi,  müharibə haqqında yarımçıq qalan işimi çoxdandı bitirə bilmirdim, dəfələrlə cəhd etmişdim, alınmırdı, əsəbləşdim və rəng qutularını tolazladım yarımçıq qalan işin üstünə, nəticədə belə bir şey alındı - heç nə düşünmədən, məqsədsiz-filansız. Sonra məqalələr yazıldı, esseistlər işimə məna yüklədilər. Ümumiyyətlə, bu iş adi bekarçılığın, bacarıqsızlığımın nəticəsidir. Düzdür, mənə qazanc gətirdi, amma sənət deyil.

Bəzi filmlərdə rejissorların getdiyi gedişlər haqqında da məqalələr, esselər yazılıb ki, sonradan müəlliflər bu detalların təsadüfən, hətta yanlışlıqla baş verdiyi, ssenaridən kənar olduğu haqqında fikirlər söyləyiblər.

Bəlkə də gürcü rejissor Georgi Ovaşvili də "Qarğıdalı adası" filmini məqsədsiz çəkib, mənim filmə yüklədiyim məna rejissorun ideyasına, estetikasına, bəlkə də büsbütün yaddır. Hər halda filmdən sonra gəldiyim qənaət, yəqin ki, çoxunun düşündüyü, yazdığı təəssüratla eynidir.

İnanıram ki, Ovaşvili bu məqaləni oxusa, güləcək, amma şair demiş, "ayrılıq da sevdaya daxil..."

Bir əhvalat yadıma düşdü. Demək, qədimdə bir ata-ananın qızı doğulur, qəbilədaşları bunları daş-qalaq eləyib icmadan qovurlar, bunlar da başqa qəbiləyə üz tuturlar, oradan da rədd cavabı alırlar, tayfa-tayfa, qəbilə-qəbilə hamını dişə vururlar, ancaq hamı onlardan üz döndərir. Gəlib dünyanın son ucuna çıxırlar, burada da yırtıcı heyvanlar yaşamağa imkan vermir. Ailəlikcə tullanırlar suya, körpə batmasın deyə ata mindirir onu boynuna, ananı da alır qucağına. Qəfildən bir az aralıda, suyun ortasında bir ada peyda olur. Təbiətin hədiyyəsi!

Əkirlər, biçirlər, başlarının üstündə dam, ayaqlarının altında torpaq.

Yəqin ki, Ovaşvili də bilir bu əhvalatı, oxumuş adamdır.

İnquri çayı - Cənubi Qafqazın ən böyük çaylarından biri. Mənbəyini Böyük Qafqaz dağlarından götürür, Gürcüstan-Abxaziya sərhədi boyunca axıb Qara dənizə tökülür.

Çayın ortasında adacıq.

Baba qayıqla adaya yaxınlaşır. Ayaqlarını bərk-bərk çırpır torpağa, qoxulayır, ovuclayır torpağı. Yeri qazmağa başlayır və bir müştük tapır.

Sonra bir payaya ağ parça bağlayıb sancır adacığın ortasına, qayığına minib gedir.

Müştük - adacıqda yaşayış olduğuna işarədir. (İndi o insanlar hanı?!)

Sancdığı bayraq isə "Bura mənimdir" kimi də oxuna bilər, amma məncə, daha çox məğlubiyyət rəmzidir. Baba Allaha ağ bayraq qaldırır...

İkinci dəfə baba əlində çəkic-külünglə gəlir, qayıqda gətirdiyi şalbanları basdırır yerə.

Üçüncü dəfə qız nəvəsiylə gəlir. Bu dəfə kuzə, balıq tutmaq üçün tor, qəhvədan və dülgər alətləriylə.

Nəvəsi şalbanı tutur, baba dibini doldurur. Vur-tut on iki cümləlik filmdə qabaqca nəvə dinir:

- Baba, bu torpaq kimindir?

Babası belə cavab verir:

-Yaradanın...

Danışdığım əhvalatdakı kimi...

Nəvənin köməyilə daxma tikilir. Balıq bişirib yeyirlər. Üçüncü dəfə daxmanın üstünü örtməyə gəlirlər, bu dəfəsində nəvənin əlində əski oyuncaq görürük.

Yeniyetməlikdən gəncliyə keçid dövründə olan qız uşağı sevginin, həyatın, törəmə instinktinin, həm də "fitnə"nin simvoludur.

Daxma hazır olandan sonra yorğan-döşək gətirirlər. Baba torpağı belləyir, qarğıdalı əkirlər.

Belə başa düşdüm ki, babanın baş götürüb gəldiyi torpaqlarda Abxaziya-Gürcüstan müharibəsi gedir və oralarda yaşamaq mümkün olmadığından kişi bu adacığa sığınıb.

Ara-sıra atışma səsi gəlir. Yəqin, sərhədçilərdir. Sonrakı kadrlarda gürcü əsgərlərin qayıqla çayda əməliyyat keçirdiyini görürük: onlar Babaya salam verirlər, baba da hörmətlə baş əyir.

Qarğıdalı böyüdükcə qız da böyüyür, gözəlləşir.

Sahildəki əsgərlər qıza söz atırlar, onu yanlarına çağırırlar. Bu çağırışdan sonra qız elə bil bir az da böyüyür, qadınlaşır, artıq qabarmış döşlərinə gizli-gizli baxır, özünə toxunur.

Qarğıdalılar da böyüyüb artıq, Babaya boy vermir.

Bir səhər Baba qarğıdalı tarlasında yaralı gürcü əsgəri tapır, daxmaya gətirir onu, yarasını sarıyır, yedirir. Günlər keçdikcə əsgər sağalır, gəzməyə başlayır.

Hətta adacığı çəpərləmək üçün Babaya kömək də eləyir.

Günlərin bir günü dörd-beş əsgər gəlib çıxır adacığa, bir yaralı əsgəri axtardıqlarını deyirlər. Baba danır, xəbərim yoxdur, deyir.

Neçə gün sonra yenə gəlirlər, bu dəfə babadan içməyə bir şeyi olub-olmadığını soruşurlar. Baba əsgərləri yarımçıq şərab şüşəsinə qonaq eləyir. Bu arada yaralı əsgər suya baş vurub gizlənir, gələn qayıq gözdən itəndən sonra üzə çıxıb ocağın yanında oturur, yenə babaya kömək eləyir - çəpərə vurulası payaların bir ucunu yontalayır.

Bu vaxt qız yaxınlaşır ona, "deyəsən, qızdırman var", - deyir.

Oğlan deyir ki, abxazca başa düşmür.

Qız gedib bir vedrə su gətirir, qəfildən tökür oğlanın başına.

Oğlan qalxıb qaçır qızın dalınca. Qarğıdalı tarlasında qaçdı-qovdu başlayır. Sonra oğlanla qız sulaşırlar. Və baba qəfildən görür onları.

Babanın baxışları...

Oğlan utanır, baba nəvəsini qayığa mindirib aparır. Bu dəfə tək qayıdır, əsgər artıq yoxdur, yəqin utandığından gedib.

Gecə bərk yağış yağır...

Səhəri nəvə də gəlir. Qarğıdalı biçini başlanır. Yenə yağış, yenə tufan.

Bu vaxt qızın qarnını tutub oturduğunu görürük, yəqin, aybaşı ağrısıdır.

Qanlı ağrı damla-damla qızın canından çıxdıqca yağış da şiddətlənir...

Suyun səviyyəsi qalxır, adacığın torpağı bir ucdan qopub-dağılıb suya qarışır, adacıq kiçilib bir qarış qalır. Baba qızını qarğıdalı yüklü qayığa mindirib yola salır. Daxma Babanın başına uçur. Baba, yəqin ki, ölür...

Sonda bir adam qayıqla adaya yaxınlaşır. Adacıq əvvəlkindən də balacadır. Adam bir vaxt Babanın elədiyi kimi, ayaqlarını bərk-bərk çırpır torpağa, qoxulayır, ovuclayır torpağı. Yeri qazmağa başlayır.

Və budu, nəvənin əski oyuncağı torpağın altından üzə çıxır! Bu, adacıqda yaşayış olduğuna işarədir. (İndi o insanlar hanı?!)

Bu dünyanın bünövrəsi qum üstündə qurulu...

Mal sahibi, mülk sahibi,

Hanı bunun ilk sahibi?!

Mal da yalan, mülk də yalan,

Var bir az da sən oyalan...

Film -  "Qarğıdalı adası"

"Mısır Adası" , "Simindis kundzuli", "Corn Island")

Janr - Dram 100 dəq., Gürcüstan - 2014

Rejissor -  George Ovashvili - Ssenari: Roelof Jan Minneboo və George Ovashvili

Musiqi - İosif Bardanaşvili

Aktyorlar - İlyas Salman, Məryəm Buturişvili, Tamer Levent

Ömər Xəyyam
Milli.Az










OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Yeni qeyri-adi hotellər - FOTOLAR

30 Mart 2017 06:38

ABŞ-da avtobus yük maşını ilə toqquşdu: 12 ölü

30 Mart 2017 06:34

Populyar aktrisa jurnalı bəzədi - FOTO

30 Mart 2017 06:32

Hindistanda qatar relsdən çıxdı - 18 yaralı

30 Mart 2017 06:19

“Linkedİn” Rusiyada qeydiyyata alındı

30 Mart 2017 06:10

ABŞ səfirliyinin 6 əməkdaşı işdən qovuldu

30 Mart 2017 06:03

Argentinada marixuana leqallaşdırıldı

30 Mart 2017 05:34

Qarışıq tipli ev - FOTO

30 Mart 2017 05:32

Onurğa sütununu düzəldən sadə məşq - FOTO

30 Mart 2017 05:28

Bu qidaları axşam 6-dan sonra yeyə bilərsiniz -

30 Mart 2017 05:11

Zaqatala sakinindən qeyri-adi ixtira - FOTO/VİDEO

30 Mart 2017 04:33

Asfaltın çatlarına qızıl dolduruldu - FOTO

30 Mart 2017 04:32

7 yaşlı övladı öldürülən qadın:

30 Mart 2017 03:45

Diş daşlarını yox edən ucuz və səmərəli vasitə

30 Mart 2017 03:43

Bakıda mənzildə yanğın oldu

30 Mart 2017 03:34

"Xəyal mələkləri"nin FOTOları

30 Mart 2017 03:32

İstanbulda atışma - 3 yaralı

30 Mart 2017 03:19

Altı diplomat narkotikə görə işdən qovuldu

30 Mart 2017 03:04

Meksikada neft terminalında yanğın - 17 nəfər...

30 Mart 2017 02:58

Ukrayna “Eurovision”dan uzaqlaşdırıla bilər

30 Mart 2017 02:34

Gədəbəydə bıçaqlanma hadisəsi

30 Mart 2017 02:33

Möhtəşəm Adriana - FOTO

30 Mart 2017 02:32

Şəki sakini intihar edib

30 Mart 2017 02:30

Astroloji proqnoz - 30 mart

30 Mart 2017 02:18

Buenos Ayresdə Novruz bayramı qeyd olundu - FOTO

30 Mart 2017 02:08

İvanka Tramp atasının xüsusi müşaviri olacaq

30 Mart 2017 01:54

“Elektron ipoteka” sistemi “Elektron hökumət”ə qoşuldu

30 Mart 2017 01:50

Gəncə və Goranboyda yol qəzaları baş verib

30 Mart 2017 01:48

Bağdadda partlayış:

30 Mart 2017 01:36

"Balmain"dan yeni kolleksiya - FOTO

30 Mart 2017 01:32

Bazarlarda pomidor ucuzlaşdı -

30 Mart 2017 01:12

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

30 Mart 2017 00:59

“Elektron ipoteka” sistemi “Elektron hökumət”-ə qoşuldu

30 Mart 2017 00:44

Bağdadda partlayış: 13 ölü, 40 yaralı

30 Mart 2017 00:39

Türkiyədə klub prezidentinə silahlı hücum

30 Mart 2017 00:34

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər -

30 Mart 2017 00:26

"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!

30 Mart 2017 00:23

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

30 Mart 2017 00:14

Uşağın immunitetini necə möhkəmləndirək?

30 Mart 2017 00:05

Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir

30 Mart 2017 00:05

Böhran zamanı ən yaxşı biznes hansıdır?

29 Mart 2017 23:58

On beş il bar verməyən ağacın meyvəsi

29 Mart 2017 23:57

UEFA prezidenti sözünün üstündə durdu

29 Mart 2017 23:57

Vəzərinin yarpaq və toxumları vitaminlərlə zəngindir

29 Mart 2017 23:57

Türkiyə Suriyada yeni əməliyyat keçirə bilər

29 Mart 2017 23:54

Meşədə qaçan naməlum varlıq kameraya tuş gəldi - ŞOK VİDEO

29 Mart 2017 23:53

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:52

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

29 Mart 2017 23:52

"Daha bir il burada qala bilərəm"

29 Mart 2017 23:52

Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI

29 Mart 2017 23:52