Bakıda avtodayanacağa məxsus köşkdə yanğın olub, gözətçi ölüb

Bakıda avtodayanacağa məxsus köşkdə yanğın olub, gözətçi ölüb
11:47 24 Noyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda avtodayanacaqlardan birinin gözətçi köşkündə yanğın baş verib.
“Report”un Daxili İşlər Nazirlyiinə istinadən verdiyi xəbərə görə, hadisə noyabrın 22-də saat 23 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb.
Yanğın nəticəsində köşkün yanar konstruksiyaları yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən gözətçi, Lənkəran rayon sakini Tərlan Zeynalov noyabrın 23-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtodayanacaga-mexsus-koskde-yangin-olub-gozetci-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR