Erməni ictimai fəal: “Ermənistanda 11 min nəfər hərbi xidmətdən yayınıb”

Erməni ictimai fəal: “Ermənistanda 11 min nəfər hərbi xidmətdən yayınıb”
11:57 24 Noyabr 2016
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ İndiyədək Ermənistanda 11 min nəfər hərbi xidmətdən yayınıb.
“Report”un erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Elmlər Akademiyasının Beynəlxalq Elmi Mərkəzinin əməkdaşı, hərbi vətənpərvərlik tədbirlərinin fəallarından olan Vitali Mangasaryan məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslərin hamısı axtarışa verilib. Hərbi xidmətdən yayınanların 30%-dən çoxu informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərdir ki, onlar da dünyanın müxtəlif yerlərində yaxşı maaş və işlə təmin olunublar. “Bu insanların hərbi xidmət keçmək məqsədilə Ermənistana qayıdacaqları ehtimal edilmir”, - Mangasaryan əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/vitali-mangasaryan-ermenistanda-11-min-nefer-herbi-xidmetden-yayinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR