Meral Konrat: "2 nəfərə görə..." - FOTO

Meral Konrat: "2 nəfərə görə..." - FOTO
12:05 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Aktrisa Meral Konrat Fəxrəddin Manafovun onu aldatması ilə bağlı son dəfə danışıb. Aktrisa Milli.Az-a bu sözləri deyib:

"Həmişə Azərbaycana gəlişimdə ilk sual mənim sənət yeniliklərimdən və Fəxrəddinlə münasibətlərimdən olurdu. Bu il isə yalnız münasibətlərimizin pis olması haqda soruşdular. Əslində, bu mənə də xoş deyildi, sadəcə bunu mən söyləməli idim. Artıq bu haqda danışmaq istəmirəm. Tamaşaçılar elə bilməsinlər ki, mən onlardan da incimişəm. Xeyr, hər zaman Azərbaycana gəlib-gedəcəyəm. Sevməsəydim, əlbəttə ki, heç gəlməzdim. İki nəfərə görə Azərbaycandan imtina etmərəm. Buranın insanlarının istiqanlılığı məni çox sevindirir. Məni Təhminə kimi sevib-əzizləyirlər. Fəxrəddin məndən üzr istəsə, münasibətlərimiz əvvəlki kimi gözəl olacaq".

Əli Rəhimoğlu

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/492551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR