Sarkisyan sabiq baş naziri şantaj edir - Ermənistan KİV

Sarkisyan sabiq baş naziri şantaj edir - Ermənistan KİV
12:12 24 Noyabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın sabiq baş naziri Ovik Abramyan noyabrın 22-si Ermənistanın hakim Respublika partiyasının iclasında iştirak edib.

Mill.Az xəbər verir ki, bu barədə azvision.az "Jamanak" nəşrinə istinadən xəbər verir. 

Nəşr yazır ki, Abramyan şəxsən Sarkisyanın tövsiyəsi əsasında iclasa qatılıb. 

"Hakimiyyət yaxın mənbələr iddia edir ki, hazırda Ermənistan hökumətinin rəhbəri olan Karen Karapetyan Ovik Abramyanın dövründə on milyonlarla dolların mənimsənilməsinə dair təkzib olunmaz faktları Serj Sarkisyana təqdim edib. Əgər Serj Sarkisyan istəsə, bu faktlar əsasında sabiq baş nazir də daxil olmaqla, bir sıra yüksək rütbəli məmurlar həbs oluna bilər. Lakin Serj Sarkisyan öz dəsti-xəttini dəyişməyəcək və bu faktları Baş Prokurorluğa təqdim etməyəcək. O bu məlumatlarla məmurları şantaj edəcək. Ovik Abramyana gəldikdə isə o bu faktlardan sabiq baş nazirinin yeni seçiləcək parlamentdə spiker arzusunu gözündə qoyacaq", - deyə Jamanak yazır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR