İndiyədək Ermənistanda 11 min nəfər hərbi xidmətdən yayınıb.
“Report”un erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Elmlər Akademiyasının Beynəlxalq Elmi Mərkəzinin əməkdaşı, hərbi vətənpərvərlik tədbirlərinin fəallarından olan Vitali Mangasaryan məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslərin hamısı axtarışa verilib.
Hərbi xidmətdən yayınanların 30%-dən çoxu informasiya
texnologiyaları sahəsində çalışan mütəxəssislərdir ki, onlar da
dünyanın müxtəlif yerlərində yaxşı maaş və işlə təmin olunublar.
“Bu insanların hərbi xidmət keçmək məqsədilə Ermənistana
qayıdacaqları ehtimal edilmir”, - Mangasaryan əlavə edib.