Bakıda nitq qüsurlu qadın döyülüb

Bakıda nitq qüsurlu qadın döyülüb
12:27 24 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda nitq qüsurlu qadın döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsi V massivi bina 21-də qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Bədəlova Bəsti Allahverdi qızı qonşular tərəfindən binanın blokunda tapılıb. Məlum olub ki, B.Bədəlova döyülüb, onun üz və bədən nahiyəsinə xəsarətlər yetirilib, saçının bir hissəsi isə cibinə yığılıb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, B.Bədəlova mənzildə tək yaşayır. Hadisə vaxtı isə mənzilin qapısı açıq olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR