Bakıda 50 mərtəbəli iş mərkəzi istifadəyə veriləcək

Bakıda 50 mərtəbəli iş mərkəzi istifadəyə veriləcək
12:32 24 Noyabr 2016
145 Ölkə
Ölkə mətbuatı
A- A+

"AZİNKO HOLDİNQ" 2017-ci ildə Bakıda 50 mərtəbəli iş mərkəzini istifadəyə verəcək.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə holdinqdən məlumat verilib.

"Binanın inşasına 2013-cü ildə başlanılıb. Hazırda 49-cu mərtəbənin inşası davam edir. Bina gələn il istifadəyə veriləcək", - deyə məlumatda bildirilir.

Mərkəz Heydər Əliyev prospekti, 109 ünvanında inşa edilir. Mərkəzin ümumi sahəsi 83, 632 min kv.m təşkil edəcək.

2006-cı ildən fəaliyyətə başlayan"AZİNKO HOLDİNQ" MMC-nin tərkibinə tikinti üzrə fəaliyyət göstərən 5 şirkət daxildir.

Holdinq yaşayış binaları, otellər, biznes və ticarət mərkəzləri, xəstəxanaların tikinti işləri ilə məşğuldur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR