Uğursuz əməliyyat keçirdiyi deyilən Zülfiyyə: “Şokdayam” - FOTO

Uğursuz əməliyyat keçirdiyi deyilən Zülfiyyə: “Şokdayam” - FOTO
12:33 24 Noyabr 2016
677 Şou
Ölkə mətbuatı
A- A+

Dünən adı türk aktrisası Meral Komratla qalmaqalda hallanan Xalq artisti Zülfiyyə Xanbabayeva bu gün uğursuz burun əməliyyatı ilə gündəmə gəlib.

Belə ki, sənətçinin təqdim etdiyi yeni fotosessiyasında onun uğursuz burun əməliyyatı keçirməsi ortaya çıxıb.

Publika.az-a açıqlama verən Xalq artistinin prodüseri Nigar Hacıyeva söz-söhbətlərdən cana doyduqlarını deyib:

“Bilmirəm Zülfiyyəni vurmaqda bəzi insanların məqsədi nədir? Dünən ona “atanşik” dedilər, indi də uğursuz burun əməliyyatında adını hallandırırlar. Zülfiyyə ümumiyyətlə, burnunda əməliyyat keçirməyib. Sizə də yandan baxsaq, burnunuzun bir dəliyi böyük, o birisi balaca görünəcək. Mən şokdayam e, Meral Komratın əlindən tutub, Zülfiyyəni yerə vurdular. Ordan-burdan gələn sənətçiləri dağ başına qoyub, özümüzünkünü yerə çırpırlar. Az qalıram hirsimdən ağlayım”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/177168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR