Doktoranturaya qəbul başladı

Doktoranturaya qəbul başladı
12:43 24 Noyabr 2016
341 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası 2016/2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul elan edir.

Publika.az xəbər verir ki, doktoranturaya və dissertanturaya qəbul Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli, 601s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən aparılacaq.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2016-cı il noyabrın 28-dən dekabrın 16-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/177169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR