Mayamidə medal qazanan cüdoçular Bakıya döndülər - FOTO

Mayamidə medal qazanan cüdoçular Bakıya döndülər - FOTO
12:47 24 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mundialda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan idmançılarımızı, eləcə də cüdo üzrə veteranlardan ibarət milli komandanın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri və bir qrup azarkeş böyük coşğu ilə qarşılayıblar.

Qeyd edək ki, dünya birinciliyində Fərhad Rəcəbli və Zaur Paşayev qızıl, Zülfiyyə Hüseynova, Zaur Bağırov gümüş, Mübariz Cəfərov isə bürünc medal qazanıblar.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR