Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi qeyd edildi

Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi qeyd edildi

Date: 24 November 2016 12:52

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 8 nömrəli filialında Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi münasibətilə "Müqəddəs ana obrazının ən yaxşı ifaçısı" adlı tədbir keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə filialın müdiri Həmayə Əzizova, N.Məlikovanın teatrda klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində oynadığı rollardan danışıb. Bildirib ki, Nəcibə xanım teatrla yanaşı, kinoda da uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilib.

Tədbirdə aktrisanın ifa etdiyi obrazları əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilib.

Milli.Az


Tags:  Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi qeyd edildi

RƏYLƏR


Top news