Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ana və iki azyaşlı uşağını öldürən sürücüyə 9 İL HƏBS

Ana və iki azyaşlı uşağını öldürən sürücüyə 9 İL HƏBS

Date: 24 November 2016 12:54

Bakıda ana və iki uşağını öldürməkdə təqsirləndirilən sürücü Orxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 



Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlə Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hakimlər kollegiyasının hökmünə əsasən  O. Heydərov 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə Xətai rayonunun Nobel prospektində bu il iyulun 15-də saat 17:00 radələrində baş verib. Bakı şəhər sakini O.Heydərov idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qardaşxanovanı, onun azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub. Hər üç piyada hadisə yerində ölüb. Heydərov Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.


Tags:  Ana iki azyaşlı uşağını öldürən sürücüyə İL HƏBS


RƏYLƏR


Top news