Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Klub prezidentinin qızını bu hərəkətinə görə təhqir etdilər - fotolar

Klub prezidentinin qızını bu hərəkətinə görə təhqir etdilər - fotolar

Date: 24 November 2016 12:56

"Valensiya" futbol klubunun prezidentinin qızı "Mançester Yunayted" - "Arsenal" komandalarının oyununu izləməyə getdiyi üçün tənqid olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Valensiya"nın ispan fanatları Kim Limin İngiltərəyə getməsinin doğru olmadığını yazıblar. Onlar qızdan başqa klublara deyil, "Valensiya"ya diqqət göstərməsini tələb ediblər.

Gənc qız sosial şəbəkədə yazılan təhqirlərə əsəbiləşərək yazıb:

"Axmaqlar. Hesab edirəm ki, bəzi "Valensiya" fanatları mənim həyatımı idarə edə biləcəklərini düşünəcək qədər axmaqdırlar. Başqa bir oyunu izləmək istəsəm, bu, mənim seçimimdir. Bu, "Valensiya"dan başqa bir klubu dəstəklədiyim mənasını vermir. Şərhlərdə iyrəncləşməyin. Məni sevmirsinizsə, təqib etməyin. Sizə ehtiyac yoxdur".








Tags:  Klub prezidentinin qızını bu hərəkətinə təhqir etdilər fotolar

RƏYLƏR


Top news