Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Lufthansa" pilotlarının tətili Bakı reyslərinə də təsir etdi

"Lufthansa" pilotlarının tətili Bakı reyslərinə də təsir etdi

Date: 24 November 2016 12:57

Almaniyanın "Lufthansa" aviaşirkətinin işçilərinin keçirdiyi tətil Bakı reyslərinə də təsir edib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bu gün şirkətin Bakı nümayəndəliyindən məlumat verilib.

Verilən məlumata görə, bu gün və sabah üçün Bakı-Frankfurt-Bakı, Bakı-Aşqabad və əks istiqamət üzrə reyslər təxirə salınıb.

"Lufthansa"nın Bakı ofisi məlumat verib ki, təxirə salınan reyslərin sərnişinlərinə alternativ variantların seçilməsi məsləhət görülür.

Ümumilikdə, "Lufthansa" bu gün 912 reysini təxirə salmalı olub.

Milli.Az


Tags:  Lufthansa pilotlarının tətili Bakı reyslərinə təsir etdi


RƏYLƏR


Top news