Ələt-Astara magistralında mikroavtobus aşdı: yaralılar var

Ələt-Astara magistralında mikroavtobus aşdı: yaralılar var
13:12 24 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Ələt-Astara magistralında mikroavtobus aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.
 
İdarəetmədən çıxan mikroavtobus yolun kənarına aşıb.
 
Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıblar.
 
Faktla bağlı araşdırma gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR