İrəvan xanlığının tarixinə dair nəşrin təqdimatı keçirilib

İrəvan xanlığının tarixinə dair nəşrin təqdimatı keçirilib
13:27 24 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

​“Tarixin canlı səhifələri” V Gənclər festivalı keçirildi (30 May 2017 18:12)
"Tarixin canlı səhifələri" V Gənclər festivalı keçirildi (FOTO) (29 May 2017 11:01)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Prezident Kitabxanası və "Azərbaycan Tarixçiləri" İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimat mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, müəllifləri Dövlət mükafatına layiq görülən "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi" monoqrafiyasının Azərbaycan, ingilis və rus dilində versiyalarının təqdimatı da ilk olaraq, bu kitabxanada keçirilib.

Onun sözlərinə görə, bu gün artıq Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan İrəvan xanlığının tarixi keçmişinə və mədəni irsinə həsr edilmiş yeni nəşrlər təqdim edilir:

"Həmin nəşrlərdən ikisinin - "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı" və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" broşürlərinin müəllifi Nazim Mustafa həm Prezident Kitabxanasının, həm də Tarix İnstitutunun əməkdaşıdır. Həmin broşürlərin yazılmasında kitabxanamızda erməni dilində olan ədəbiyyatdan geniş istifadə edilib. Digər ikisinin müəllifi tanınmış tarixçi alim Güntəkin Nəcəflidir. Arzu edirəm ki, Tarix İnstitutu bundan sonra da İrəvan xanlığının sosial-iqtisadi, mədəni həyatının digər mühüm istiqamətlərini özündə əks etdirən kiçikhəcmli broşürlər hazırlayıb nəşr etdirsin. Hesab edirəm ki, bu broşürlərin diplomatik korpuslar və Azərbaycan diasporunun təmsilçilərinin vasitəsilə xarici ölkələrdə yayılması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynayacaq".

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, müasir Ermənistanın ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub:

"Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda - İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımlar dövrü başlandı".

"İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı" adlı kitabın müəllifi Nazim Mustafa bildirib ki, ermənilər İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərini daim saxtalaşdırmağa cəhd edirlər. Onun sözlərinə görə, ermənilər İrəvanı qədim şəhər kimi təqdim etməyə çalışsalar da, bununla bağlı real faktlar tapa bilmirlər.

N.Mustafa bildirib ki, "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" adlı kitabda Azərbaycan xalqına məxsus olan və erməni vandalları tərəfindən dağıdılan nadir memarlıq abidələrinin - qədim İrəvan məscidlərinin acı taleyindən bəhs olunur:

"Əsərdə qeyd olunur ki, erməni rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin simvolu kimi əks etdirilib. Hazırda isə Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara "Fars məscidi" kimi təqdim edirlər".

Müəllif deyib ki, "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı" adlı kitabda İrəvan rəsmilərinin xaricdən gələn qonaqlara göstərmək üçün "qədim paytaxtlarında" bir dənə də olsa, yaşı 200 ildən yuxarı olan tarixi abidə tapa bilmədikləri qeyd edilib.

Tarixçi-alim Güntəkin Nəcəfli deyib ki, onun müəllifi olduğu "İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası" adlı əsərində 400 ildən artıq tarixə malik olan, dəfələrlə yadelli yürüşlərinə sinə gərmiş, XIX əsrin I yarısında Azərbaycan xalqının çar Rusiyası işğalçılarına qarşı apardığı şanlı mübarizə mərkəzlərindən birinin - İrəvan qalasının qəhrəmancasına müdafiəsindən bəhs olunur. Bu kitab İrəvan qalası müdafiəçilərinin əziz xatirəsinə həsr olunub: "İrəvan qalası Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən XVI əsrin əvvəllərində tikdirilib".

G.Nəcəfli müəllifi olduğu "Çuxursəd hakimləri və İrəvan xanları" adlı əsərdə qeyd edilir ki, qədim Azərbaycan torpağı olan müasir Ermənistanın ərazisi orta əsrlərdə Çuxursəd vilayəti adlanırdı: "Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın yerli türk tayfalarının - Qaraqoyunlu, Ağqoyunlu, Rumlu, Ustaclı, Əfşar, Qacar tayfasının nümayəndələri olan xanlar idarə etmişlər".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məşhur aktrisadan ŞOK AÇIQLAMA: "Rejissor soyunmağımı istədi, mən də razılaşdım" - FOTO

23 İyun 2017 21:23

Suriyada İŞİD-in əsas maliyyəçilərindən biri məhv edilib

23 İyun 2017 21:22

İtaliyada birinci Azərbaycan Film Festivalı “Əli və Nino” filmi ilə açılıb

23 İyun 2017 21:22

"Bizim küçə"nin Sarası: "O sillədən sonra şok oldum, ürəyim getdi" - FOTO

23 İyun 2017 21:17

Ərdoğan: “Buna əsla icazə verməyəcəyik”

23 İyun 2017 21:13

Efirlərdən uzaq düşən məşhur azərbaycanlı aktrisa: "Məhvə doğru gedirdim" - FOTO

23 İyun 2017 21:12

Dördqat dünya çempionu: Formula 1 Azərbaycan Qran Prisi yüksək səviyyədə təşkil olunub

23 İyun 2017 21:08

Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib

23 İyun 2017 21:08

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

23 İyun 2017 21:05

İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub -

23 İyun 2017 20:58

ƏMDK maarifləndirici işgüzar forumlar keçirib

23 İyun 2017 20:57

Dərisi qatlanan, qorxulu xəstəliyi olan qadın: "Model olmaq istəyirəm" - FOTO

23 İyun 2017 20:57

Qatarın bu vaqonu yalnız qadınlar üçündür

23 İyun 2017 20:52

Zakir Həsənov: "Azərbaycan ordusu torpaqlarımızı düşməndən azad etməyə və ərazi bütövlüyümüzü təmin etməyə qadirdir"

23 İyun 2017 20:47

Sibel Canın 230 minlik tətili - FOTOLAR

23 İyun 2017 20:43

Nəhəng gəmi limana yan aldı - FOTO

23 İyun 2017 20:42

Pakistanda törədilən partlayışlar nəticəsində 40 nəfər ölüb

23 İyun 2017 20:42

Yavər Camalov: "Azərbaycanda müdafiə təyinatlı məmulatların çeşidi 1200-ə çatdırılıb"

23 İyun 2017 20:37

Əliyar Ağayev Çempionlar Liqası matçında

23 İyun 2017 20:37

Çində metroda qadınlar üçün xüsusi vaqonlar ayrılacaq

23 İyun 2017 20:36

Ramazanın 29-cu günü: dua, imsak və iftar vaxtı

23 İyun 2017 20:36

Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı "Formula 1"ə hazırlaşır - VİDEO

23 İyun 2017 20:32

Nağı Səfərov yenidən Avropa Taekvondo Birliyi İK-da

23 İyun 2017 20:29

BƏƏ-dən Qətərə TƏHDİD: “Bu, böhranı daha da uzadacaq”

23 İyun 2017 20:28

Avstraliya iqtisadiyyatı 26 ildir dayanmadan böyüyür

23 İyun 2017 20:27

Türkiyədə akvaparkda faciə - 5 nəfər öldü

23 İyun 2017 20:27

“Çelsi”nin stadionunda “Qarabağ” haqqında çəkilən filmin təqdimatı olub -

23 İyun 2017 20:24

Yenə də "Survivor All Star" olacaq

23 İyun 2017 20:22

Dərsə şortla olmaz dedilər, oğlanlar mini ətək geyindilər - FOTO

23 İyun 2017 20:17

İradə İsaq dissertasiya işi müdafiə etdi

23 İyun 2017 20:17

“Hər gün səhər 6:30-da...” - Trampın RUSİYA DƏQİQƏLƏRİ

23 İyun 2017 20:13

Bu türk serialı yenidən başlayır - Fərqli heyətlə

23 İyun 2017 20:12

Azərbaycanla Aİ ölkələri arasında ticarət dövriyyəsi artıb

23 İyun 2017 20:07

Motosikletçidən intiqam almaq istədi, xəstəxanaya düşdü - VİDEO - FOTO

23 İyun 2017 20:05

Qarabağa gətirilən ƏFQANLAR, sülh üçün 13 maddəlik PLAN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

23 İyun 2017 20:03

Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümün son beynəlxalq festivalına hazırlaşır (FOTO)

23 İyun 2017 20:01

Qusma, ishal və ölüm təhlükəsi - Rotavirusdan necə qorunaq?

23 İyun 2017 19:59

Pakistanda partlayışlar: 36 ölü

23 İyun 2017 19:57

Almaniyada seçki kampaniyalarının tək hədəfi Ərdoğandır

23 İyun 2017 19:57

Fikrət Məmmədov Ukraynanın ədliyyə naziri ilə görüşüb

23 İyun 2017 19:52

Mustafa Ceceli və sevgilisi ilk dəfə birgə göründü - FOTO

23 İyun 2017 19:52

Beyin yaşınız neçədir?

23 İyun 2017 19:48

Sinan əcnəbi qızla nişanlandı? - FOTO

23 İyun 2017 19:42

Tbilisidə ''İki yad adam'' filminin təqdimat mərasimi keçirilib

23 İyun 2017 19:42

Makron: “Bu, şərəf məsələsidir”

23 İyun 2017 19:38

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

23 İyun 2017 19:37

Mətbuat Şurasının iclasında media qurumları ilə bağlı şikayətlərə baxılıb

23 İyun 2017 19:35

"Fenerbahçe" Robin Van Persinin taleyinə aydınlıq gətirdi

23 İyun 2017 19:32

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

23 İyun 2017 19:29

Çağlanın ərindən etiraf: "Evləndikdən sonra..."

23 İyun 2017 19:27