ABŞ polisi hər dəqiqə Trampın ulduzunu qoruyacaq

ABŞ polisi hər dəqiqə Trampın ulduzunu qoruyacaq
13:27 24 Noyabr 2016
93 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Los-Anceles şəhər polisi bundan sonra hər dəqiqə yeni seçilən prezident Donald Trampın Məşhurlar xiyabanındakı ulduzunu qoruyacaq.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az "TMZ"yə istinadən xəbər verir.

Qeyd edək ki, Trampın Hollivudun Məşhurlar Xiyabanındakı ulduzu oktyabrın 28-də vandalizmə məruz qalıb. Trampın ulduzunu dağıdan Ceyms Otis adlı şəxs üç il müddətinə azadlıqdan məhrum oluna və ya 10 min dollar məbləğində cərimələnə bilər. 

Otisin sözlərinə görə, o, Trampın ulduzunu oğurlayıb, satmaq istəyib. Əldə olunan gəliri isə Tramp tərəfindən zorakılığa məruz qalan qadınlara yönləndirəcəkmiş.

Ticarət Palatası ulduzun 2500 dollar dəyəri olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR