Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Rabitəbank”da yeni təyinat olub

“Rabitəbank”da yeni təyinat olub

Date: 24 November 2016 13:32

Bakı. 24 noyabr. REPORT.AZ/ “Rabitəbank” ASC-də yeni təyinat olub. “Report” un əldə etdiyi məlumata görə, Bankın İdarə Heyətinə müşavir təyin edilib.
Bu, Elşən Bədirxanovdur. O, həm də “TCF” bank olmayan kredit təşkilatının Müşahidə Şurasında müşavir vəzifəsində çalışır.
E.Bədirxanov vaxtilə bir sıra banklarda, eləcə də hazırda ləğvetmə prosesində olan “Buta Sığorta” ASC-də rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.


Tags:  Rabitəbankda yeni təyinat olub

RƏYLƏR


Top news