Efirdə unitaza oturan azərbaycanlı aparıcı ilə bağlı açıqlama

Efirdə unitaza oturan azərbaycanlı aparıcı ilə bağlı açıqlama
13:46 24 Noyabr 2016
387 Şou
Ölkə mətbuatı
A- A+

Ötən həftə ARB TV-nin efirində aparıcının unitaz üzərində oturması müzakirələrə səbəb olub.

Axşam.az “Qafqazinfo”ya istinadə xəbər verir ki, “Yaşamaq gözəldir” verilişinin aparıcısı Sona Məmmədovanın “Tualet günü” ilə bağlı atdığı addım birmənalı qarşılanmayıb.

Onun canlı efirə unitazı gətirərək üstündə oturması sosial şəbəkə istifadəçiləri tərəfindən etiraza səbəb olub.

Məsələ ilə bağlı ARB TV-nin mətbuat xidməti açıqlama verib.

Bildirilib ki, dünya televiziyalarında da bu cür hallara rast gəlmək mümkündür:

“ARB TV-nin efirində yayımlanan "Yaşamaq gözəldir" layihəsi maarifləndirici tibb verilişidir. Verilişdə müxtəlif xəstəliklərlə yanaşı, ümumi sanitariya və gigiyena məsələləri ilə bağlı mövzulara da toxunulur.

Verilişin bəhs olunan bölümündə aparıcı xanım ümumdünya tualet günü haqda maarifləndirici, maraqlı məlumatlar verib. Bu məlumatlar verilişin formatına uyğun olaraq, kreativ üslubda tamaşaçılara çatdırılıb. Unutmayaq ki, "Yaşamaq gözəldir" televiziya verilişidir və verilən məlumatların vizual tərəfləri də düşünülməlidir.

Bu məsələ ilə bağlı tənqidlər ola bilər, amma əksər tamaşaçılar, hətta, bəzi media nümayəndələri də bu halı normal qarşıladıqlarını bildiriblər, mətbuatda bu haqda yazılar dərc olunub. Dünya televiziyalarına da nəzər saldıqda, oxşar halların şahidi ola bilirik”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR