Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baroş “Qarabağ”a qarşı oynamayacaq

Baroş “Qarabağ”a qarşı oynamayacaq

Date: 24 November 2016 13:47


Çexiyanın "Slovan" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qarabağ"a qarşı oyuna iki itki ilə çıxacaq. Fanat.Az xəbər verir ki, hücumçu Milan Baroşla yarımmüdafiəçi David Qovorka Ağdam klubuna qarşı forma geyinə bilməyəcək.


Hər iki futbolçu zədə səbəbindən matçı kənardan izləyəcək.


“Qarabağ”da isə iki zədəli var – Rəşad Sadıqovla Bədavi Hüseynov. Kapitanın oynamayacağı dəqiqdir, Bədavinin durumuna isə axşam saatlarında aydınlıq gələcək.


Qeyd edək ki, "Slovan" - "Qarabağ" matçı bu gün saat 22:00-da başlayacaq.


Fanat.Az



Tags:  Baroş Qarabağa qarşı oynamayacaq

RƏYLƏR


Top news