Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Masallıdakı mikroavtobus qəzasında yaralananların adları açıqlanıb

Masallıdakı mikroavtobus qəzasında yaralananların adları açıqlanıb

Date: 24 November 2016 13:47

Masallı. 24 noyabr. REPORT.AZ/ Masallı rayonunda mikroavtobus aşıb, 7 nəfər xəsarət alıb. 
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, qəza Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunın 157-ci kilometrliyində, rayonun Təzə Alvadı kəndi ərazisində baş verib.
Belə ki, rayon daxilində hərəkət edən 4 saylı mikroavtobus idarəetməni itirərək yolun kənarına aşıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən deformasiyaya uğrayan mikroavtobusdan çıxarılan müxtəlif bədən xəsarətləri alan sürücü və 6 sərnişin Masallı Rayon Mərkəzi Xəstəxanasına qaldırılıb. Hazırda 55 yaşlı sürücü Məharət Xancanov və sərnişinlər Babək Məmmədov, İlhama Rəhimova, Sirac Abışov, Aida Qurbanova, Cavad Məmmədov, Musa Talıbov xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. 


Tags:  Masallıdakı mikroavtobus qəzasında yaralananların adları açıqlanıb

RƏYLƏR


Top news