Klub prezidentinin qızını bu hərəkətinə görə təhqir etdilər - FOTO

Klub prezidentinin qızını bu hərəkətinə görə təhqir etdilər - FOTO
13:47 24 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

"Valensiya" futbol klubunun prezidentinin qızı "Mançester Yunayted" - "Arsenal" komandalarının oyununu izləməyə getdiyi üçün tənqid olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Valensiya"nın ispan fanatları Kim Limin İngiltərəyə getməsinin doğru olmadığını yazıblar. Onlar qızdan başqa klublara deyil, "Valensiya"ya diqqət göstərməsini tələb ediblər.

Gənc qız sosial şəbəkədə yazılan təhqirlərə əsəbləşərək yazıb:

"Axmaqlar. Hesab edirəm ki, bəzi "Valensiya" fanatları mənim həyatımı idarə edə biləcəklərini düşünəcək qədər axmaqdırlar. Başqa bir oyunu izləmək istəsəm, bu, mənim seçimimdir. Bu, "Valensiya"dan başqa bir klubu dəstəklədiyim mənasını vermir. Şərhlərdə iyrəncləşməyin. Məni sevmirsinizsə, təqib etməyin. Sizə ehtiyac yoxdur".

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR