Baş həkim xəstəxananın torpağını satır? - FOTO

Baş həkim xəstəxananın torpağını satır? - FOTO
13:57 24 Noyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına məxsus torpaq sahəsi sahibkarlara satılır.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a yerli sakinlər məlumat veriblər. Bildirilib ki, Lənkəran Xəstəxanasının parkinq ərazisinin bir hissəsi baş həkim tərəfindən satılıb. Hazırda həmin ərazidə aptek və mağaza tikilir.

Sakinlərin bildirdiyinə görə, yeni təmir olunan xəstəxana 8 ay əvvəl istifadəyə verilib.

Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib. Nazirlikdən AzVision.az-a verilən məlumata əsasən, satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur. "Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir. Xəstəxananın həyətındən kənar hissəyə rəhbərlik cavabdeh deyil. Həmin ərazini yerli icra hakimiyyəti sata və ya icarəyə verə bilər. Bir daha qeyd edirik ki, həmin ərazinin Lənkəran Rayon Mərkəzi Xəstəxanasına heç bir aidiyyatı yoxdur və kənar sahədir".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR