Rusiyada azərbaycanlılar qəzaya düşdülər: ölən var

Rusiyada azərbaycanlılar qəzaya düşdülər: ölən var
13:57 24 Noyabr 2016
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Stavropol diyarının Nevinnomısk rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, "Qafqaz" trasında baş verən qəzada "Mazda" avtomobili və "Volvo" markalı yükdaşıyan toqquşub.
 
Nəticədə "Mazda"da olan 28 yaşlı Azərbaycan vətəndaşı həlak olub, onun 40 yaşlı soydaşı isə xəsarət alıb.
 
Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/492628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR