Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cem Yılmaz həbsdən qurtuldu

Cem Yılmaz həbsdən qurtuldu

Date: 24 November 2016 13:57

Türkiyəli məşhur yumorist Cem Yılmaz məhkəmədə bəraət alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Yalova şəhərinin keçmiş valisi Səlim Cəbiroğlunun başlatdığı məhkəmə prosesi yekunlaşıb. Hakim 2 il həbs istəyi ilə ittiham olunan Cem Yılmazın günahsız olduğuna, Cəbiroğlunu təhqir etmədiyinə qərar verib.

Qeyd edək ki, Səlim Cəbiroğlu bir məktəbdə olarkən qarşılaşdığı müəllim Xəlil Sərkan Özə: "Sən necə müəllimsən, bu saç-saqqal nədir? Küçədə görsələr, dilənçi zənn edib pul verələr sənə", - deyə təhqir edib. Bu hadisədən 1 həftə sonra Xəlil müəllim infarkt keçirərək vəfat edib. Cem Yılmaz Tvitterdə Xəlil müəllimin fotosunu paylaşaraq: "Vəzifə ilə adam əzmək, qəlbini o dərəcədə qırmaq... Daha böyük vəzifələrə gələsən, ay vali", - yazıb. Bundan sonra Səlim Cəbiroğlunun işinə son verilib.

Milli.Az


Tags:  Cem Yılmaz həbsdən qurtuldu

RƏYLƏR


Top news