Gömrükdə saxlanan siqaretlər satılır?

Gömrükdə saxlanan siqaretlər satılır?
13:57 24 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda gömrük orqanlarının əməkdaşları mütəmadi olaraq ölkəyə ərazisinə daxil olan saxta, aksiz markasız mal və ya məhsulları müsadirə edirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, statistikaya nəzər salsaq, hələ cari ilin sentyabr ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 41 mindən çox aksiz markasız siqaret aşkar edilərək götürülüb. Noyabrın 21-də aparılan son əməliyyat zamanı isə 6 ədəd karton yeşiyin içərisinə yığılmış külli miqdarda aksiz markasız "NZ" siqaretləri aşkar edilib. Aşkar edilən aksiz markasız malların siyahısına təkcə siqaretlər deyil, eyni zamanda müxtəlif vaxtlarda ələ keçirilmiş içkilər, ərzaq məhsulları da daxildir.

Gömrük orqanları əməkdaşları tərəfindən müsadirə edilərək aşkara çıxarılan bu məhsulların gələcək taleyinin necə olması isə hər zaman ictimaiyyətin maraq dairəsində olan məsələlərdən biridir. İctimaiyyət arasında belə bir fikir formalaşıb ki, müsadirə olunan aksiz markasız, yəni insan sağlamlığı üçün təhlükəli olan məhsullar yenidən bazarda satışa çıxarılır. Halbuki mövcud qanunvericiliyə əsasən həmin məhsullar məhv edilməlidir.

Bununla bağlı "Qafqazinfo"ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, 18 il bundan qabaq rəhbəri olduğu təşkilat gömrüyün müsadirə etdiyi saxta, xarab malları satan dükanları aşkar etmişdi: "Bu 18 il bundan əvvəl baş verib. O zamandan bəri isə bu cür təşkil olunmuş formada satışın həyata keçirilməsi halları müşahidə olunmayıb.

Lakin 20 il ərzində mən cəmi bir dəfə gömrük orqanları ilə birgə siqaretlərin kütləvi məhv edilməsi prosesində iştirak etmişəm. Dəfələrlə bildirmişəm ki, əgər bunlar satışa çıxarılmırsa, istehlakçıların boğazına bu saxta mallar tıxanmırsa, gömrük orqanları bu sahədə şəffaflıq yaratmalıdır. Malların məhv edilməsi prosesinə ictimai təşkilatları cəlb etməlidirlər. Təəssüf ki, bu məsələdə qaranlıq məqamlar var. Qaranlıq olan yerdə də həmişə problem olur. Qanunvericiliyə əsasən isə aksiz markası vurulmayan mal birmənalı olaraq məhv olunmalıdır.

Digər məqam isə ondan ibarətdir ki, müsadirə olunmuş mal insan həyatı üçün təhlükəli olmayan məhsuldursa, dövlət tərəfindən hərracda satılır. Məsələn, kimsə həbs olunub, ondan müsadirə edilmiş məhsul hərracda satılır. Lakin insan həyatı sağlamlığı üçün ziyanlı məhsullar birmənalı şəkildə məhv olunmalıdır".

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Natiq Axundov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, aksizsiz siqaretlər məhkəmənin qərarı ilə məhv edilir: "Sağlamlıq üçün ziyanlı olan digər məhsullar da bu sıraya daxildir".

"Qafqazinfo" malların məhv edilməsi prosesindən əlavə, məhsulların müsadirəsindən sonra, yəni onların hərraca çıxarılması halları ilə bağlı qanunvericilikdə hansı tələblərin nəzərdə tutulduğunu da araşdırıb.

Nazirlər Kabinetinin 88 saylı qərarında bununla bağlı bildirilir ki, hüquq mühafizə, digər dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat, səhiyyə, təhsil və digər müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması və tələbatlarının ödənilməsi məqsədi ilə dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar tam natura şəklində əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına verilir.

Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar keyfiyyətini itirməsi, xarab olması, istifadə müddətinin ötməsi və s. səbəblərdən öz təyinatına görə istifadə edilə bilmədikdə, onların məhv edilməsi yalnız aidiyyəti dövlət orqanlarının həmin malların satışının qadağan edilməsi, yaxud mal dövriyyəsindən çıxarılması barədə müvafiq göstərişləri əsasında, habelə müstəqil ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, komitənin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir.

Qərarda eyni zamanda dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş malların siyahısı da öz əksini tapıb. Bunlara canlı flora növləri, ət və ət məhsulları və heyvan piyləri, dəniz məhsulları, balıq məmulatları, süd və süd məhsulları, meyvələr və giləmeyvələr, tərəvəzlər, dondurulmuş qida məhsulları, un məmulatları, standart məhlullar, normativ saxlama müddəti 72 (yetmiş iki) saatdan az olan digər məhsullar aiddir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Milan”ın futbolçusu İspaniya klubuna keçdi

16 Avqust 2017 21:48

İlan 8 yaşlı uşağın başından sancdı - Göyçayda

16 Avqust 2017 21:34

Qəbələdə 68,5 min ton taxıl məhsulu tədarük edilib

16 Avqust 2017 21:33

Polşalı rəsmilər Azərbaycandan dəstək istədi

16 Avqust 2017 21:28

Macarıstan 116 qanunsuz miqrantı ərazisinə buraxmayıb

16 Avqust 2017 21:27

Dünyanın ən uzunömürlü insanlarının yaşadığı ÖLKƏLƏR

16 Avqust 2017 21:18

Gəncədə oğul anasını vəhşicəsinə döydü

16 Avqust 2017 21:14

Xaricə uğurla köçmək üçün – 12 QIZIL QAYDA

16 Avqust 2017 21:03

Zaur,Xoşqədəm,Nəsib,Mətanət...

16 Avqust 2017 21:02

Pentaqon: Rakka ərazisində 2500-dək İŞİD silahlısı var

16 Avqust 2017 20:47

Məktəblərdə hicab, saqqal və cins QADAĞAN EDİLDİ

16 Avqust 2017 20:43

MilliÖN-dən pul oğurlayan şəxs tutuldu

16 Avqust 2017 20:43

“Ağıllı” pəncərələr də yaradıldı

16 Avqust 2017 20:34

Türkiyədə zəlzələ olub

16 Avqust 2017 20:32

“WhatsApp”, “Viber” və “Telegram”ı vahid çatda birləşdirən PROQRAM TAMİNATI HAZIRLANDI

16 Avqust 2017 20:28

ABŞ-da helikopter qəzası - 5 hərbçi itkin düşdü

16 Avqust 2017 20:19

Nigeriyada terror aktı nəticəsində ölənlərin sayı 30 nəfərə çatdı

16 Avqust 2017 20:18

Lənkəranda ağır qəza - ölənlər və xəsarət alanlar var

16 Avqust 2017 20:13

CİA-nın QAFQAZ PLANI, Qarabağda “yorucu” MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

16 Avqust 2017 20:03

Keniyanın keçmiş baş naziri prezident seçkilərinin nəticələrinə etiraz edib

16 Avqust 2017 20:02

"Qarabağ"ın zəfəri dünya mətbuatında - NƏ YAZDILAR?

16 Avqust 2017 19:57

Xətaidə yaşayış binasında yanğın olub

16 Avqust 2017 19:57

Saqqızın hazırlanması üsulu - VİDEO

16 Avqust 2017 19:48

Röya yenidən Samirlə axtarışa çıxıb - İLLƏR SONRA

16 Avqust 2017 19:38

Qardaş bacısının xına mərasiminə hücum etdi -

16 Avqust 2017 19:38

Keçmiş SSRİ-nin tanınmış aktrisası vəfat edib

16 Avqust 2017 19:37

Masallıda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 2-si yaralanıb

16 Avqust 2017 19:17

Tillerson: Pxenyanla dialoq qurmağa hələ də maraqlıyıq

16 Avqust 2017 19:15

Yasa gedənlər dəhşətlə üzləşdi: ölənlər və yaralılar var

16 Avqust 2017 19:14

Azərbaycanda arxeoloji qazıntı zamanı aşkarlanmış NADİR TAPINTILAR OĞURLANIB

16 Avqust 2017 19:13

Bir qrup hərbi qulluqçu şəhidin ad günündə ailəsinə baş çəkib

16 Avqust 2017 18:59

Bu qidaları yeyən uşaqlar daha ağıllı olur - FOTOLAR

16 Avqust 2017 18:48

Binəqədi-Novxanı avtomobil yolu çöküb

16 Avqust 2017 18:48

Milli Məclis sədrinin müavini Polşanın təhsil naziri ilə görüşüb

16 Avqust 2017 18:47

Sevgilisindən Neymara - AĞIR ZƏRBƏ

16 Avqust 2017 18:43

Azərbaycanda müdhiş oğurluq: nadir tapıntılar yoxa çıxdı

16 Avqust 2017 18:29

Saqqızın hazırlanması üsulu

16 Avqust 2017 18:29

Keti Perrinin VAMPİR sevgilisi üzə çıxdı – EŞQ ÜÇBUCAĞI - FOTOFAKT

16 Avqust 2017 18:28

Səfir: "Bu gün Azərbaycanda Rusiyada təhsil almağa yüksək maraq var"

16 Avqust 2017 18:27

U-17 bosniyalılara uduzdu

16 Avqust 2017 18:27

65 illik evli cütlük həyatlarına əl-ələ son qoydu

16 Avqust 2017 18:23

Naz Azərbaycan xalqını təhqir etdi

16 Avqust 2017 18:22

Dənizdə batan şəxs xilas edilib

16 Avqust 2017 18:20

Su borusu partladı, yol çökdü - FOTO

16 Avqust 2017 18:14

EVİMİZDƏKİ TƏHLÜKƏ - O hər an və hər yerdə bizi izləyir

16 Avqust 2017 18:13

Azərbaycan Prezidenti indoneziyalı həmkarını təbrik edib

16 Avqust 2017 18:12

Gavalı mürəbbəsinin hazırlanması

16 Avqust 2017 18:10

Erməni həkimin "müalicə" etdiyi bakılı bacıların DƏHŞƏTLİ HƏYATI: "Günlərlə evdə ac qalırıq..." - FOTOLAR

16 Avqust 2017 18:08

"Qarabağ" nə qədər qazanacaq?

16 Avqust 2017 18:07

İlham Əliyev Qabon Prezidentini təbrik edib

16 Avqust 2017 18:01