Gəncədə yolu keçmək istəyən ata-balanı avtomobil vurub

Gəncədə yolu keçmək istəyən ata-balanı avtomobil vurub
09:43 6 Yanvar 2015
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Gecə saatlarında Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb.

62 yaşlı Aydın Məhərrəmov və oğlu 25 yaşlı Muraz yolu keçmək istəyərkən VAZ markalı avtomobil onları vurub.

Zərərçəkənlər qohumlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra xəstələrin vəziyyəti normallaşıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2350084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR