Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa Parlamentinin sədri istefa verir - VİDEO

Avropa Parlamentinin sədri istefa verir - VİDEO

Date: 24 November 2016 14:05

Avropa Parlamentinin sədri Martin Şults tutduğu postdan istefa vermək niyyətindədir.

Milli.Az N24-ə istinadən bildirir ki, o, Almaniya bundestaqına 2017-ci ildə keçiriləcək seçkilərə qatılmaq və Almaniya Sosial-Demokrat Partiyasının Şimali Reyn-Vestfaliya federal əyalətindəki seçki siyahısına başçılıq etmək niyyətindədir.

"Qərarımı qəbul etmişəm. Bundan sonra Avropa Parlamentinin sədri olmaq niyyətində deyiləm. Avropa layihəsi uğrunda milli səviyyədə mübarizə aparmaq fikrim var", - M.Şults deyib.

Almaniya parlamenti olan bundestaqa seçkilər gələn ilin sentyabr ayında keçiriləcək.

Almaniyanın kansleri Angela Merkel də seçkilərə qatılmaq, 4-cü dəfə baş nazir seçilmək fikrindədir.

Milli.Az


Tags:  Avropa Parlamentinin sədri istefa verir VİDEO

RƏYLƏR


Top news