Xalq artisti: "Arvad bilsə, evdə qırğın düşəcək"

Xalq artisti: "Arvad bilsə, evdə qırğın düşəcək"
14:12 24 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Xalq artisti Şamil Süleymanlı kommersiya filmlərinə çəkildiyi üçün bəzi insanlar tərəfindən qınağa tuş gəldiyini deyib.

Milli.Az xəbər verir ki, publika.az-a açıqlama verən aktyor elə insanlara fikir vermədiyini bildirib:
"Bəzən məni qınayırlar ki, böyük ekran əsərlərindən sonra niyə kommersiya filmlərinə çəkilirsən? Mən onlara əhəmiyyət vermirəm. Bu mənim sənətimdir, filmə çəkilməkdən zövq alıram. Bu yaxınlarda "Mələyin öpüşü" adlı bir filmdə də çəkiləcəm. Orada rəqqasə Oksana Rəsulova ilə tərəf-müqabili olacam. Birdən elə bilərlər "18+" filmdir, yox, orada heç mələk də yoxdur".

Maraqlıdır, aktyor həmin filmlərə görə yetərincə qonorar alırmı?

Xalq artistinin cavabı belə oldu:

"Bura Hollivud, yaxud da Türkiyə deyil ki, oradakı aktyorlar qədər qazanaq. Digər tərəfdən mən ağlamağı sevmirəm. Çıxım efirə ki, mənim evim, bağım, maşınım yoxdur? Heç vaxt mənim nə bağım, nə də avtomobilim olmayıb. Siz də məni çox çək-çevirə salmayın, arvad bu yazını oxusa, evdə qırğın düşəcək. Deyəcək, xalqın kişiləri arvadlarını villada yağ-bal içində saxlayır, sənin heç avtomobilin də yoxdur ki, ayağını yerdən götürsün. Mən buna görə susuram, siz də səsə salmayın, qoyun sakit oturum evimdə".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR