Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gömrükçülər külli miqdarda qaçaqmal siqaret və pirotexnika aşkar ediblər

Gömrükçülər külli miqdarda qaçaqmal siqaret və pirotexnika aşkar ediblər

Date: 24 November 2016 14:17

Bakı. 24 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 
Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 680 ədəd pirotexniki vasitələr və 1 820 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. 


Tags:  Gömrükçülər külli miqdarda qaçaqmal siqaret pirotexnika aşkar ediblər

RƏYLƏR


Top news