Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyə prezidenti: “Kimliyindən asılı olmayaraq, terrora dəstək verənləri bağışlamayacağıq”

Türkiyə prezidenti: “Kimliyindən asılı olmayaraq, terrora dəstək verənləri bağışlamayacağıq”

Tarix: 24 Noyabr 2016 14:17

Bakı. 24 noyabr. REPORT.AZ/ “Avropa İttifaqının terror qruplaşması elan etdiyi PKK-nın Avropa meydanlarında mitinqlər keçirməsinə icazə verilir”.
“Report” "Haber 7"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Müəllimlər günü" ilə bağlı keçirilən toplantıda bildirib.
“Almaniya kimi bir ölkə “Terrora - Xeyir!”, “Demokratiyaya - Hə!” mitinqi keçirmək istəyənlərə icazə vermir. Qərbin səmimiyyətinə inanmaq olarmı? Türkiyə Cümhuriyyəti prezdentinin telekonfrans keçirməsinə icazə verilmir, ancaq terrorçuların mitinqinə razılıq verilir. Bunlar terrorun yardımçısı, üzvləridir. Kimsə durub bizə dərs keçməsin. Kimliyindən asılı olmayaraq, terrora dəstək verənləri bağışlamayacağıq”, -deyə o, vurğulayıb.
Qeyd edək ki, Almaniyada yaşayan türklər “Terrora - Xeyir!”, “Demokratiyaya - Hə!” şüarı ilə mitinqin keçirmək istəyirdilər. Amma mitinqə icazə verilməyib. Həmin mitinqə Rəcəb Tayyib Ərdoğanın da telekonfransla qatılması planlaşdırılırdı.

Teqlər:  Türkiyə prezidenti Kimliyindən asılı olmayaraq terrora dəstək verənləri bağışlamayacağıq



RƏYLƏR


Top xəbərlər