Bakıda Çinin mühəndislik şirkətinin rəhbərliyi ilə görüş keçirilib

Bakıda Çinin mühəndislik şirkətinin rəhbərliyi ilə görüş keçirilib
14:22 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) sədri Akim Bədəlov Azərbaycanda səfərdə olan Çinin "China Petroleum Engineering & Construction Corporation" (CPECC) şirkətinin nümayəndə heyətini qəbul edib. Bu barədə “Report”a AREA-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, A.Bədəlov 2015-ci il 7 dekabr tarixində AREA ilə Çinin Energetika üzrə Dövlət İdarəsi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində tədbirlərin və xüsusilə bu sırada Pirallahı Külək Parkı layihəsinin həyata keçirilməsinin hər iki dövlət qurumu üçün vacib olduğunu qeyd edib.
Eyni zamanda, CPECC şirkətinin nümayəndə heyətinin rəhbəri Xue Danfenq “Azalternativenerji” MMC ilə CPECC şirkəti arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və Xəzər dənizi akvatoriyasında tikintisi nəzərdə tutulan 200 MVt-lıq Pirallahı Külək Parkı layihəsinin icrası üzrə görülmüş işlər haqqında ətraflı məlumat verib.
Tərəflərin Azərbaycanda və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi apardığı və müvafiq razılıq əldə etdikləri deyilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bakida-cinin-muhendislik-sirketinin-rehberliyi-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR