Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Myanmanın iri şəhərlərindən biri olan Yanqonda bir neçə bomba partladılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İnformasiya Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, partlayıcı qurğular Yanqon şəhərinin ətrafındakı Cənubi Daqonda işə salınıb. Xəsarət alanlar barədə məlumat yoxdur.