Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ərdoğan: "Qərbin səmimiyyətinə inanmaq mümkündürmü?"

Ərdoğan: "Qərbin səmimiyyətinə inanmaq mümkündürmü?"

Tarix: 24 Noyabr 2016 14:27

"Avropa İttifaqında PKK-nı terror təşkilatı elan edənlər indi Avropa meydanlarında onların nümayiş keçirməsinə icazə verirlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhsil işçiləri günü ilə bağlı konfransda deyib.

Dövlət başçısı qeyd edib: "Almaniya kimi bir ölkə "Terrora yox, demokratiyaya hə" şüarı ilə mitinq təşkil etmək istəyənlərə "xeyr" deyir. Bu Qərbin səmimiyyətinə inanmaq mümkündürmü? Bunlar terrorun köməkçi ünsürləridir".

R.T.Ərdoğan bildirib ki, Türkiyə terrora dəstək verənləri əfv etməyəcək.

Milli.Az


Teqlər:  Ərdoğan Qərbin səmimiyyətinə inanmaq mümkündürmü



RƏYLƏR


Top xəbərlər