Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mən Vətən torpağı, Vətən daşıyam!" layihəsi start götürüb

"Mən Vətən torpağı, Vətən daşıyam!" layihəsi start götürüb

Date: 24 November 2016 14:32

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalib olmuş "Mən Vətən torpağı, Vətən daşıyam"  adlı layihə start götürüb.

Milli.Az xəbər verir ki, layihə AR Müdafiə Nazirliyi,  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin dəstəyi ilə baş tutacaqdır. Gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi ideyasını əsas məqsəd götürən layihə  ixtisasından  asılı olmayaraq Azərbaycan gəncliyinə doğru yönəlib.

Layihə rəhbəri İlahə Qismətin verdiyi məlumata görə, tədbirdə görkəmli şəxslərin iştirakı gözlənilir.  Layihə çərçivəsində hərbçi simalarla görüş gənclərdə vətənpərvərlik duyğularının artırılmasında əhəmiyyətli rol oynayacaq. Əmin olmaq olar ki, Vətənə ömrünü həsr etmiş şəxslərin dilindən maariflənmək gənclərimizin gələcək həyatına işıq salacaq və bu əlamətdar gün onların yaddaşında iz qoyacaqdır. Müasir dövrdə gənc nəslin maraq dairəsinə daxil olan musiqi, onların psixologiyasını formalaşdıran bir vasitədir.  Bu təsir qüvvəsindən düzgün istiqamətdə yararlanmaq əhəmiyyətli rol oynayır. Layihə çərçivəsində iştirakçılar  həm tanınmış, professional, xalq artistlərinin və əməkdar artislərin, həmçinin də gənc musiqiçilərin ifasında sevilən marş və patriotik mahnıları eşidəcəklər. İfa olunacaq əsərlər sırasında yetişməkdə olan gənc bəstəkar və şairlərin vətənpərvər  əsərləri də yer alacaq. Beləliklə, gənc musiqiçilərin marş və mahnıları geniş auditoriyada təbliğ olunacaq və tanınacaq. Nəticədə gənclərin vətənpərvər musiqilərə olan marağı stimullaşdırılacaqdır.

Layihə  25 noyabr 2016-cı il saat 16.00-da Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (ünvan: Bakı şəh. akademik Ş.Mehdiyev küç.76) keçiriləcək.

Milli.Az


Tags:  Mən Vətən torpağı Vətən daşıyam layihəsi start götürüb


RƏYLƏR


Top news