Martin Şults Avropa Parlamentinin sədri vəzifəsindən ayrılacağını bəyan edib

Martin Şults Avropa Parlamentinin sədri vəzifəsindən ayrılacağını bəyan edib
14:32 24 Noyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Avropa Parlamentinin sədri Martin Şults bu postda növbəti müddət üçün seçkilərdə namizəd olmayacağını bəyan edib.
"Report" "Euronews"a istinadən xəbər verir ki, M.Şults Almaniyanın siyasi həyatına geri qayıdacağını bildirib.
"Avropa Parlamentinin sədri vəzifəsinə yeni seçkilərdə namizədliyimi irəli sürməməyi qərara almışam. Gələn il Almaniya parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcəyəm. Bundestaqa seçkilərdə Şimali Reyn-Vestfaliyada partiyamın seçici siyahısına başçılıq edəcəyəm" -  M.Şults vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/martin-sults-avropa-parlamentinin-sedri-vezifesinden-ayrilacagini-beyan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR