Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Azərbaycana səfər edəcək

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Azərbaycana səfər edəcək

Date: 24 November 2016 14:37

Bakı. 24 noyabr. REPORT.AZ/ Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Azərbaycana işgüzar səfər edəcək.
"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, nazir Bakıya noyabrın 28-də gələcək.
Türkiyəli nazir səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya sərgisində, eləcə də noyabrın 28-də Bakıda keçiriləcək Türk Şurası ölkələrində İKT-nin inkişafı üzrə İşçi qrupunun iclasında iştirak edəcək.


Tags:  Türkiyənin nəqliyyat dənizçilik rabitə naziri Azərbaycana səfər edəcək

RƏYLƏR


Top news