Bakıda dəniz vağzalı, zavod, xəstəxana və mehmanxana özəlləşdirilir

Bakıda dəniz vağzalı, zavod, xəstəxana və mehmanxana özəlləşdirilir
14:52 24 Noyabr 2016
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bir sıra obyektlərin özəlləşdirilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi "Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı"nda deyilir.

Siyahıya əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Neftçilər prospekti, 58 ünvanında yerləşən vağzal binası, "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Vaqon Təmiri Zavodu, Bakı Dəmir Yolu Vağzalının mehmanxanası və Bakı Dəmir Yolu Xəstəxanası investisiya müsabiqəsinə çıxarıla bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR