Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Norveçin enerji şirkətləri investisiya qoyuluşlarını azaldır

Norveçin enerji şirkətləri investisiya qoyuluşlarını azaldır

Date: 24 November 2016 14:57

Bakı. 24 noyabr. REPORT.AZ/ Norveçin neft və qaz şirkətləri 2017-ci ildə xərclər üzrə proqnozlarını bir qədər də azaldıb.
“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, şirkətlər gələn il 147 mlrd. kron (17,2 mlrd.dollar) investisiya yatırmağı planlaşdırırlar. Bu isə əvvəlki qiymətləndirmədən 3,6% azdır. Bundan öncə proqnoz avqust ayında azaldılıb.
Norveç Neft və Qaz Assosiasiyasının kommunikasiya direktoru Tommi Hansen bildirib ki, 2017-ci il daha bir çağırışlar ili olacaq və enerji şirkətləri artıq ardıcıl üç il investisiyalarını azaltmalı olacaq. Bu azalma isə 1990-ci illərin ortasından sonra ən uzun və dərin azalma ola bilər.
Gələn il Norveçdə neft və qaz sektoru üzrə investisiyalar 2016-cı illə müqayisədə 13%, 2014-cü illə müqayisədə isə 34% az olacaq. 
“Nordea AB”nin analitiki Xoakim Bernhardsen bildirib ki, hazırkı investisiya araşdırmaları gələn il neft əyləcinin daha dərin olacağına siqnal verir: ”Belə olduqda, artıma doğru irəliləyiş təxirə salınmış olur”.
Norveçin ofşor sənayesində minlərlə iş yerinin itirilməsi ilə ölkənin işsizlik səviyyəsi yay ərzində 20 illin ən yüksək həddinə çatıb.


Tags:  Norveçin enerji şirkətləri investisiya qoyuluşlarını azaldır

RƏYLƏR


Top news