Ermənistan xarici işlər nazirinin müavini Savarş
Koçaryan Dağlıq Qarabağla bağlı “Kerri planı”nın olduğunu
açıqlayıb.
Publika.az xəbər verir ki, “Lavrov planı”nın mövcud
olmadığını deyən Koçaryan Ermənistanın “Kerri planı”nı təklif
etdiyini bildirib.
“Bu Qarabağın müstəqilliyinin tanınmasıdır”, - deyə o qeyd
edib.
Ermənistan XİN rəsmisi bu açıqlaması ilə ABŞ-ın, daha dəqiq desək
Obama Administrasiyasının xain planını etiraf etdi. Hansı ki,
Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağın müstəqilliyini
tanımağımız üçün bizə təzyiq edirlər” mesajını da aydınlaşdırmış
oldu.
ABŞ-ın hazırki dövlət katibi Con Kerri məlum “907-ci düzəliş”in
müəlliflərindən biri olub. Həklə 90-cı illərdə Qarabağın ermənilərə
verilməsi ilə bağlı Mixail Qorbaçova müraciət edib. O, son 4 ildə
diplomatik fəaliyyəti boyunca erməni maraqlarının müdafiəçisi kimi
tanınıb.
Koçaryanın açıqlamasından sonra bir daha məlum olur ki, Qarabağın
müstəqilliyinin tanınması üçün Azərbaycana zaman-zaman təzyiqlər
olub və bütün bu proses “Kerri planı” adı ilə tanınıb. Bu məsələ
ötən ilin sonunda daha qabarıq şəkildə ortaya çıxıb.